1. 1. EKOLOJİ ANLAYİSLARİN TƏHLİLİ VƏ COGRAFİ EKOLOGİYANİN YARANMA MERHELELERİ HAQQİNDA MƏLUMAT.
Müasir dövrdə
ekologiya canlı orqanizmlərin bir-biriylə və ətraf mühitlə qarşılıqlı əlaqəsi
haqqında elmdir. Başqa sözlə Ekologiya cansız təbiətlə canlı orqanizmlər
arasında və canlıların öz aralarındakı qarşılıqlı əlaqəsini, təsirini,
münasibətini öyrənən sintetik elmdir. «Ekologiya» terminini ilk dəfə elmə
gətirən alman zooloqu E.Hekkel olmuşdur. Ekologiya sözü yunan sözü olub «oykos»
yaşayış yeri, sığınacaq deməkdir. E.Hekkel
ekologiyanı «orqanizmlərin ətraf mühitlə əlaqəsindən bəhs edən ümumi elm» kimi
də qiymətləndirirdi.Bu elmi «Darvin şərti olaraq
«yaşamaq uğrunda mübarizə» adlandırırdı.Bitkilərin və heyvanların təsviri,
onların xarici və daxili quruluşları, müxtəlif formaları biologiya elminin ilk
inkişaf mərhələlərində əsas istiqamət idi.Lemark
təkamül nəzəriyyəsinn müəllifi kimi, hesab edirdi ki, «Xarici şəraitin»
təsirində orqanzmlərin uyğunlaşmasında heyvan və bitkilərin təkamülü ən vacib
səbəblərindən biridir.Aleksandr Humboltun
əsərləri bitki coğrafiyasının yeni ekoloji istiqamətini müəyyənləşdirdi.
Ekologiya elminin yeni istiqaməti –
populyasiyaların ekologiyası yaranmağa başladı. Bu elmin banisi ingilis alimi Ç.Eltonu qəbul etmək olar.bu səviyyədə ekoloji
adaptasiya və düzəlmənin öz xüsusiyyətləri aydınlaşır. Populyasiya ekologiyanın
əsas problemi, növdaxli yaranma və say dinamikası hesab olunur. 1935-ci ildə ingilis alimi A.Tensli «ekosistem»
anlayışını verdi, «biogeosenoz» haqqında təsəvvürləri əsaslandırdı. Bu anlamda
abiotik əhatə ilə birliyi, qanunauyğun olaraq bütün növlərin və qeyri-üzvi
ətraf mühit – elementlərin dövranı və enerjinin çevrilməsi əsas
götürülmüşdür.Ekosistem analizinin inkişafı yeni ekoloji əsasla biosfer
haqqında təlimin yaranmasına səbəb oldu. Bu təlimin banisi isə dahi təbiət
alimi Vernadski olmuşdur. O, öz ideyaları ilə
onun üçün yeni olan elmi xeyli qabaqlayaraq, biosferin – stabilliyi,
funksiyalarının, maddə və enerji balansının ekoloji qanunlarla nizamlanmasının
qlobal mahiyyətini əsaslandırır.Hazırda ekologiya elmi elmlərarası kəmiyyət
kəsb edir. O, mühitlə bağlı qanunauyğunluqların öyrənilməsində əks etdirilir.
Bu da bütün canlı orqanizmlərə aiddir.Cəmiyyət sivilizasiyanın inkişafı ilə
bağlı bir sıra neqativ ekoloji hadisələrlə də rastlaşır: təbii ehtiyatlar
tükənir, ətraf mühit təbii proseslərlə çirklənməyə məruz qalır, antropogen
təzyiqin güclənməsi ilə təbii ekosistemlərin kasadlaşması və deqradasiyası nəticəsində
biosferin tarazlığının pozulması müşahidə olunur.Ekologiya elminin son vəzifələri və ya nəticələri
aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağlam ətraf
mühitlə təmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi
və tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək; optimal və
etibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemləri yaratmaq, ekoloji
təhsil və ekoloji mədəniyyətə bütün səviyyələrdə yiyələnmək. Əsaslı ekoloji
tədqiqatlar məhz bu vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəlmişdir.
2. COGRAFİ EKOLOGİYA ELMİNİN TEKAMULLƏŞMƏ
MƏRHƏLƏLƏRİ HANSİLARDİR?
Bəşəriyyətin müasir
həyatını ekoloji biliksiz təsəvvür etmək çətindir. İndi dünyanın bütün
ölkələrində ekoloji problemlər öyrənilir, inkişaf etdirilir və nəticələri
həyata tətbiq olunur. Artıq indi hər kəs öz əməlləri qarşısında ekoloji
tələblər qoymalıdır, hamının ekoloji mədəniyyəti, ekoloji dünyagörüşü və
ekoloji məsuliyyəti olmalıdır. Coğrafi ekologiya təbiət – əhali – istehsal
münasibətlərini ayrılıqda və qarşılıqlı təsirdə öyrənir.Canlılar cansızlardan
əmələ gəlmişdir. Cansız təbiəti təşkil edən kimyəvi elementlər əsasən
canlıların tərkib hissəsidir. Lakin cansız ilə canlı arasında çoxlu fərq var.
-Canlıların bədəni
hüceyrədən və ya hüceyrə qruplarından təşkil olub, cansızların isə hüceyrəsi
yoxdur.
- Canlılar qidalanır,
cansızlar isə qidalanmır.
-Canlılar tənəffüs edir,
yəni bir qazı alıb, başqa qazı buraxır, onların mübadiləsi prosesində enerjinin
forması dəyişir. Lakin cansız predmetə hansı qaz daxil olursa, həmin qaz da
çıxır, heç bir mübadilə getmir.Canlıların sayca çoxalması onların xırda
hissələrə bölünməsindən ibarətdir.
- Lakin canlılar yeni
keyfiyyətli nəsil verir. Ata-ananın övladı onların heç biri demək deyil, yeni
keyfiyyətli varlıqdır.
-Canlıların ifrazat etmək xüsusiyyəti var,
yəni ətraf mühitdən aldıqlarını mənimsəyir, artıq hissəni qaytarır. Bunu
cansızlar edə bilmir.
Cansız
təbiət. Maddələr mübadiləsi etməyən və yeni nəsil verə bilməyən nə varsa,
hamısı cansız (fiziki) təbiətə aiddir.Materiya maddələrdən, maddələr molekullardan,
onlar isə atomlardan ibarətdir.
Canlı
təbiət. Canlı təbiətin yaranmasında cansız təbiət də iştirak edir. Həyat -
materiyanın maddələr mübadiləsindən və özünəoxşar təbii-təkrar istehsaldan
ibarətdir. Burada nuklein turşuları və zülallar əsas yer turur.Beləliklə,
həyatın mənşəyi və inkişafı ilk biokimyəvi strukturun yaranması, molekulların
polimerləşməsi və makromolekulların özünübərpa proseslərindən ibarət olmuşdur.
Beləliklə, nəsil vermək, böyümə, inkişaf, maddə, enerji və informasiya
mübadiləsində iştirak etmək bioloji həyatın əsasını təşkil edir. Bunun üçün isə
daxili və xarici mühitdən ibarət sistemlərin yaranması zəruridir. Onları
coğrafiya ilə yanaşı biologiya və kimya elmləri də öyrənir.
Orqanizm
və mühit. Materiyanın heç də hər yeri mühit deyil. Həyat olmayan məkana (Ay,
Ulduz, Günəş və s.) mühit demək olmaz. Onlar cansız faktor rolunu oynaya bilir
və mühitin formalaşmasına təsir edirlər.Deməli, mühit yalnız Yer planetinə
məxsusdur. Mühit – orqanizmə təsir edən canlı və cansız amillərin cəmindən
ibarətdir. Mühit iki böyük hissəyə ayrılır: daxili mühit və xarici (ətraf)
mühit. Daxili mühit – orqanizmə onun özünün içərisindən olan təsirlərin cəmi,
ətraf mühit isə orqanizmə kənardan edilən təsirlərin cəmidir. Mühit
müxtəlifdir, lakin onun ən geniş forması xarici mühitdir.Ətraf mühit 4 böyük
hissəyə ayrılır: su, torpaq, hava və orqanizm. Onların makro, mezo və mikro
ekosistemləri formalaşır.Ekosistem-konkret məkanda cansız və canlı
komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərir. Təbiətin
təkamülü prosesində əmələ gəlmiş sistemə təbii ekosistem, insanın yaratdığı
sistemə isə antropogen ekosistem deyilir. Məkan baxımından ekosistem üçün
məhdudiyyət yoxdur. Bulaq, çay, göl, dəniz, okean və s. - təbii ekosistemlərə;
hidrokomplekslər, şəhərlər, kanallar və s. antropogen ekosistemlərdir. Quru
sahələrin də ekosistemləri təbii və antropogen, kiçik və böyük olur. Sozsüz ki,
ilk növbədə ekoloqları təbii ekosistemlər maraqlandırır.
3. EKOLOGİYA
ELMİNİN İNKİŞAF TARİXİ HANSI DÖVRLƏRİ ƏHATƏ EDİR?
İnsan tərəfindən yaradılan (antropogen)
ekosistemlər təbii şəraitə uyğunlaşdırılır. Ekologiyanın müasir bir elm kimi
inkişaf tarixi 4 – dövrdən ibarətdir.
I
dövr. Bu dövr darvinizmə qədərki dövrü əhatə edir.
II
dövr. Darvinizmin qalib gəlməsi ilə başlayır.E. Hekkel orqanizmin mühitə
uyğunlaşmasına dair bilikləri «Ekologiya» adlandırır. O qeyd olunduğu kimi
göstərirdi ki, Ç.Darvinin yaşamaq uğrunda mübarizə adlandırdığı münasibətləri
ekologiya tədqiq etməlidir.
III dövr. XX əsrin 20-ci illərindən başlayır.
Bu dövrdə ekologiya ümumbioloji fundamental elmlərdən birinə çevrilir. 1935-ci ildə ingilis alimi A.Tensli ekologiyaya ekosistem anlayışını, V.N.Sukaçov biogeosenologiya (biosferin quru sahəsinin konkret hissəsində canlıların öz aralarında və ətraf mühitin cansız hissələri olan atmosfer, dağ süxurları, torpaq, hidroloji rejim ilə qarşılıqlı əlaqədə fəaliyyət sistemi) anlayışını daxil edirlər.
IV dövr. XX əsrin 80-cı illərindən başlanır. Müxtəlif elmlərdə ekoloji istiqamətin yaranması, ekologiyanın qlobal xarakter alması, o cümlədən insan ekologiyasının, sosial və qlobal ekologiyanın əmələgəlməsi və inkişafı bu dövrü səciyyələndirir. Ümumiyyətlə, bu dövr elmlərin ekologiyalaşdırılması ilə fərqlənmişdir. Beləliklə, ekologiya elmi eninə və dərinə inkişaf etməyə başladı. Əlbəttə, birinci hal daha çox nəzəri cəlb etməkdədir.Ekologiyanın mərkəzində canlı sistem dayanır. Ona görə ekologiyanın yaranmasının əsas səbəbi canlılar haqqında, o cümlədən insanların özləri haqqında biliklər olmuşdur.Mədəni bitkilər və əhli heyvanlar ekologiyanın tədqiqat obyekti deyildir. Onları kənd təsərrüfatı öyrənir. Lakin yeni-yeni bitki sortları və heyvan cinsləri yaradılarkən, onları rayonlaşdırmaq ekoloji tədbirlər tələb edir. Əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi ekologiya ilə birbaşa əlaqədardır.
4. TƏBİƏT-CƏMİYYƏTİN
QARŞILIQLI ƏLAQƏLƏRİNİN EKOCOGRAFİ NƏTİCƏLƏRİ.
Təbiətlə-cəmiyyətin qarşılıqlı fəaliyyəti mürəkkəb və əks mənalı xarakter daşıyır. Bu qarşılıqlı fəaliyyət insanın yarandığı ilk gündən yaranmış və hazırda özünün ən yüksək pilləsindədir. Elmi-texniki inqilab cəmiyyətin təbiətə təsirini gücləndirmişdir ki, bu da təbii geosistemlərin bir çox sahələrinin dəyişməsi və onların antropogen modifikasiyası əsasında yaranması ilə müşahidə olunur. Bu halda əks təsirin mənası artır, yəni təbiətdəki dəyişmələr və yeniliklər nə qədər dərin olsa və onlar təbii proses və hadisələri daha geniş dairədə əhatə etsə , bu dəyişmələr insana bir o qədər geniş təsir edər. Təbii şəraitin antropogen təsirlə dəyişdirilməsi insan cəmiyyətinin ekoloji və iqtisadi cəhətdən təbiətdən asılılığını daha da sürətləndirir.Son onilliklərdə təbii ehtiyatların elə növünün mühafizə olunması zəruri olub ki, yaxın vaxtlara kimi onların ehtiyatı tükənməz və dəyişməz hesab olunurdu.
Atmosfer havasının keyfiyyətinə antropogen təsirin sürətlənməsi nəinki ekoloji, həm də təsərrüfatlar vasitəsilə
izlər
qoya bilər. Son zamanlara qədər atmosfer havasının keyfiyyəti ilə əlaqədar problemə qarşı yalnız ayrı-ayrı sənaye mərkəzlərində və şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə şəhərlərdə və sənaye mərkəzlərində texnoloji proseslər yenidən qurulur və çox qiymətli təmizləyici qurğular sistemi yaradılır. Texnoloji proseslərin mürəkkəbləşməsi və nəqliyyatın texniki göstəriciləri, sənaye və kənd təsərrüfatı istehsalın təbii ehtiyatlarla qarşılıqlı əlaqələrinin mürəkkəbləşməsi nəticəsində coğrafi mühitin keyfiyyətcə vəziyyətinə istehsal tələbləri artır. Belə ki, bəzi az rast gəlinən mineralların, elektron və optik aparatların, antibiotiklərin və bəzi kimyəvi maddələrin istehsalı yüksək təmizliyə malik hava və su olan şəraitdə mümkündür. Hava və suyun azacıq çirkli olması və çirklənməsi, ciddi texnoloji çətinliklər yarada bilər.
Biosferin çirklənməsinin sürətlənməsi yerli, regional (məhəlli) və geniş miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və insan həyatı üçün əlverişli mühitin parametrlərini qorumaq və bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir.İnsanların fəaliyyəti əvvəllər təbiətdə baş verməyən və məlum olmayan bəzi mənfi proses və hadisələrin yaranmasına şərait yaratmışdır. İndi daha tez-tez bu mənfi proses və hadisələrin qarşısını almaq və ya yumşaltmaq üçün və ona uyğunlaşmaq üçün xüsusi tədbirlər tətbiq edirlər. Beləliklə elmi-texniki inqilab insanın təbiətdən asılılığının bir formasını azaldır və ya yox edir. Lakin onun əvəzinə yeni, adətən daha kəskin və mürəkkəb formalar irəli sürür.
Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur. İnsan cəmiyyətinin tarixi təbiətin inkişaf tarixinin davamıdır. İnsan ümumi ekoloji dövrana daxil edilmiş biosferin ayrılmaz hissəsi olaraq qalır. İnsanın mövcudluğunun atmosferdə oksigenin miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan asılılığı onun təbiətin qanunlarından nə qədər asılı olduğunu göstərir.Çünki insan ən yüksək ixtisaslaşmış bioloji növdür. Onun yaratdığı süni yaşayış mühiti müəyyən zamana qədər ekoloji baxımdan gərginləşmiş təbiətin birbaşa təsir amillərini nisbətən ört-basdır edir. Bu təsirlərin artması nəticəsində əhalinin ümumi xəstələnmə dərəcəsinin yüksəlməsini biruzə verməyə başlayır. İnsanla
təbiət arasında mövcud qarşılıqlı əlaqə bir çox minilliklər boyu davam edir.
Təbii mühit dəyişkənliyinin hər bir mərhələsinə bəşəriyyətin maddi-mədəni
inkişafının müəyyən bir tarixi pilləsi uyğun gəlib.
5.
İQLİM AMİLLƏRİNİN EKOLOJİ TƏSİRLƏRİ NƏDƏN İBARƏTDİR?
6.
ATMOSFERİN VƏ İQLİMİN EKOLOJİ XUSUSİYYƏTLƏRİ HAQQİNDA MƏLUMAT
Dünya dövlətləri səmanı öz sərhədləri daxilində
bölüşə bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin ümumi sərvətidir,
bölünməz təbii şəraitdir. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmos,
Dünya Okeanı ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.
İqlim təbiətin əsas
amillərindən biridir.Xalq təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə kənd
təsərrüfatının iqlim məlumatlarına böyük ehtiyacı vardır. Buna görə də
ayrı-ayrı rayonlar üzrə iqlim və hava şəraitinin öyrənilməsinə ölkəmizdə böyük
diqqət verilir.İqlimin ayrı-ayrı ünsürlərinin təsviri çoxillik meteoroloji
müşahidə materiallarının işlənilməsi nəticəsində əldə edimiş orta rəqəmlərin
əsasında verilir. Bununla bərabər, ayrı-ayrı illərdə havanın çoxillik
dövrdəkinə nisbətən dəyişilmisinə - isti və soyuq, quraq, yaxud yağıntılı keçən
illərə də xüsusi diqqət verilir.Atmosferin çirklənməsi ən çox sənayenin
inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət
müəssisələri cəmləşən, həyat tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə
malik olan, enerjidən yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu
ökələrdə havaya çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları
atılır.Atmosfer çirklənməsi həmçinin qlobal problem olub təbii və dövət
sərhədlərini tanımır, onlarla məhdudaşmır və hava intensiv çirklənmiş sıx
yerləşən yaşayış məntəqələrindən və sənaye cəhətdən inkişaf etmiş rayonlardan
daha uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə
yaylır.Ətraf mühitin mühafizəsi üçün yaradılmış kompleks proqramda aparıcı
yerlərdən birini atmosfer havasının mühafizəsi təşkil edr. Elmi-texniki inqilab
dövründə nəhəng sənaye kompleksləri yaradılmış, on milyonlarla nəqliyyat
vasitələri planetin yer və dəniz hissələri üzərində dolaşaraq, atmosferin
çirklənməsinə səbəb olmuşdur. Günəşin şüalandırdığı enerji atmsoferdən keçir və
bu zaman onun müəyyən hissəsi udulur. Atmosferin bəzi tərkib hissələri,
məsələn, buludlar günəş enerjisini başqalarından çox udur. Belə ki, onlar günəş
şüalandırmasının spektrini tamamilə buraxmır və yaxud spektri az buraxır və
infraqırmızı şüalar isə keçə bilmir. Elə buna görə də özündən günəş enerjisini
buraxarkən atmosfer qızır. Bu enerji okeanın səthinə çatdıqda qismən udulur və
suyun üst qatını qızdırır. İstiliyin bir qismi istilik ötürmək hesabına
atmosferə qayıdır və onun isinməsinə təsir edir. Bu hadisələrin və onun həm də
əks olunma və səpələnmə proseslərinin nəticəsində atmosferdə temperatur şaquli
surətdə dəyişir. Havanın stabilliyi və davamlılığı uzun müddət pozulmuşsa, onda
atmosferin çirklənməsi üçün əlverişli şərait yaranır. Məsələn, havası uzun
müddət sabit qalan Los-Anjeles rayonunda havaya atılan hər hansı çirkləndirici
(məsələn, qazlar) ətrafa yayıla bilmir və tez-tez smoq müşahidə olunur. Smoq - havanın Yer səthinə
yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir.
İngliscə smoke-tüstü, foq-duman deməkdir. Bu iki sözün birləşməsindən yaranıb.
7-25.eynidi OZON
QATININ ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?
Yer üzərində həyat, min
illərlə atmosferdəki mühafizə qatı sayəsində qorunur. Ozondan ibarət olan bu
qat Yeri Günəşin zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu planetimizin
nadir xüsusiyyətidir. Bu mühafizə qatının dağıldığı hallarda Günəşin
ultrabənövşəyi şüalanması Yerin səthindəki həyatın pisləşməsinə səbəb olur.
Belə ki, alimlər tərəfindən Antarktidanın üzərində,
stratosferin üst hissəsində günəşin ultrabənövşəyi şüalarının filtrdən keçirən
ozon qatında «dəlik» aşkar edilmişlər, baxmayaraq ki, freonların ozon qatının
tükənməsinə təsir modellərinin elektron hesablama maşınları tərəfindən
yoxlanılması belə «dəliyin» olmasını proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki,
modellərdə atmosferin yuxarı qatlarında üzən və ozon parçalanmasına şərait
yaradan çox xırda buz kristalları nəzərə alınmamışdır. Riyazi modelə bu yeni
fiziki amil daxil edildikdən sonra Antakrtida üzərində ozon «dəlik» müşahidə
edilməmişdir.
Milli Aeronavtika Xidməti Agentlyinn (MAXA) apardıqları
tədqiqatlara əsasən, şimal yarımkürəsində ozonun miqdarı 3% azalmışdır. Tibbi
məlumatlara əsasən isə ozonun 1% azalması hər il 6% insanın dərisinin xərçəng
xəstəliyinə tutulmasına səbəb ola bilər. Freonun bir molekulu on minlərlə ozon
molekulunu parçalaya bilər.
Ozon
nədir? Ozon tərkibində 3 ədəd oksigen atomu olan qazdır. Günəşin
ultrabənövşəyi şüaları oksigen molekullarını atomlara parçalayır ki, bunlar da
sonradan digər oksigen molekulları ilə birləşərək, ozon əmələ gətirirlər. Ozon
ilk dəfə Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edimişdir.
Yalnız sonra ozonun atmosferin bir
hissəsi oduğu aşkar olunmuşdur. Onun adı yunan dilindən alınmışdır və “kəskin
iy” deməkdir.
Ozon
qatı nədir? Ozon əsasən atmosferin troposfer və strotosfer qatlarında yerləşir.
Ozon stabil qaz deyil və xüsusiə hidrogen, azot və xlora malik olmaqla təbii
komponentlərə qarşı həssasdır ki, bunlar da onun dağılmasına gətirib çıxarır.
Strotosferdə ozon ən çox 19-25 km yüksəklikdə yerləşir. Yerin səthi
yaxınlığında (troposferdə) ozon özündə fotokimyəvi his və qələvi yağışlar
toplayan, getdikcə problemlər yaradan çirkləndirici maddələr kimi təzahür edir.
Lakin 11 km-dən 48 km-ə qədər Yer səthindən hündürlükdə olan təhlükəsiz
strotosferdə, aşındırıcı iyi olan maye qaz, oksigenin özü qədər həyat üçün
gərəklidir. Ozon mühafizə qatı əmələ gətirir ki, bu da həddindən çox kövrək
olmaqla bərabər, heyrətedici dərəcədə səmərəlidir.Ozonun atmosferdə miqdarı
azdır. Belə ki, hər 10 milyon molekula 2 milyon normal oksigen və 3 ozon
molekulu düşür. Atmosferdə olan ozonu Yer səthinə sərmək mümkün olsa idi, onda
qalınlığı 3 mm olan nazik qat alınardı.Xlorftorkarbohidrogenlər (XFK) ozon
qatının yeyilməsinin ciddi səbəbi kimi göstərilir. Yuxarıda qeyd olunduğu kimi,
hər yaz fəsli planetin cənub yarımkürəsində Antarktida üzərində ozon qatında
“dəlik” əmələ gəlir ki, bunun da ölçüləri Afrika qitəsinin sahəsinə müvafiq
gəlir. “Dəlik” adi məlum dəliklər deyil, ozon qatının çox aşağı konsentrasiyası
olan zonadır.
Antarktida üzərində ozon qatının ən çox tükənməsi
sentyabr-oktyabr aylarında olur, noyabr ayından sonra isə ozon qatının
qalınlığı mütəmadi artır. Antarktida üzərində maksmum ozon 1985-ci ildə qeydə
alınıb. O vaxtdan onun miqdarı az artmışdır. Şimali Avropada ozon «dəliyi»
cənub zonasına nisbətən kiçikdir, tam aydın hiss olunmur və ozon qarışığının
azalması xeyli zəif gedir..
Nəzəriyyələrdən
birinə əsasən, karbonun artdığı sürətlənən fotosintez prosesində bitkilər və
planktonlar tərəfindən mənimsənilir ki, bunun nəticəsində xeyli CO2 toplanmasına
səbəb olur. Əgər bu belədirsə, onda meşələrin karbon qazının qarşısının
alınmasındakı rolu aydın olar və meşə qırılması, məhv edilməsi çox böyük
təhlükə kəsb edir.
8. ATMOSFERİ SUNİ CİRKLENDİREN SƏNAYE
SAHƏLƏRİ HANSILARDIR?
Atmosferi süni çirkləndirən əsas mənbələrdən biri
sənaye sahələridir.
Qara
metallurgiya – çuğun əridilməsi, ondan polad istehsalı zamanı atmosferə müxtəlif
qazlar atılır.1 milyon ton polad istehsalı zamanı atmosferə 75 min ton CO2
ixrac edilir.
Domna qazlarından başqa atmosferə həm də az
miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir metalların buxarları,qətranlı
maddələr atılır. Marten və poladəridənlərdən sexlərin tullantıları da atmosferi
xeyli çikrləndirir. Polad əriyən zaman həm də metalın buxarı, şlak, metal
oksidləri və qazları ayrılır. Kokskimyəvi istehsalı atmosfer havasını tozla və
uçucu birləşmələrin qarışığı ilə çikrləndirir. İş rejimi pozulduqda isə
atmosferə külli miqdarda təmizlənmiş koks qazı atılır.
Əlvan metallurgiya – gil – torpaq – alüminium-oksidi, alüminium, mis,
qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə istehsalı zamanı zərərli
maddələr əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən kükürd
anhidridi , karbon qazı və tozla çirkləndirir.
Kimya və neft-kimya sənayesi – turşuların (sulfat turşusu, xorid turşusu,
fosforit turşusu, nitrat turşusu və s.) istehsalı və s. zamanı atmosferə
tullantılar atılır. Çirkləndiricilərin tərkibində karbon qazı, kükürd
anhidridi, azot oksidi olur. Neftayırma sənaye müəssisələri atmosferi
karbohidrogen, kükürd qazı, karbon qazı, azot oksidi birləşmələrilə
çirkləndirir.
Tikinti
materialları sənayesi – sement və digər bərkidici materiallar, azbest,
tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materiallar
istehsalında atmosferə toz və asılı maddələr atılır. Sement, azbest və digər
tikinti materialları istehsal edən zavodların ətrafında havada benzopirin, toz
və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur. Sement sənayesində
xamaal kimi mercel qarışıqlı və gil şistəlri qarışığı olan əhəng daşlarından
istifadə edilir. Həmin texnologiya çoxlu toz hissəciklərinin ayrılması ilə
səciyyələnir ki, bu da sement tozu ilə atmosfer havasını daha çox çikrləndirir.
Ağac
emalı və sellüloz-kağız sənayesi – ətrafa xeyli
çirkləndirici maddələr yayır.
Ağac emalı və sellüloz-kağız sənayesi müəssisələri
tərəfindən atmosferə buraxılan xarakterik çrkləndirici maddələr bunlardır: bərk
maddələr,karbon qazı, kükürd anhidridi, azot oksdləri, toluol, hidrogen sulfid,
aseton, ksilol, formaldehid,
Havanı daha çox
çirkləndirən digər mənbə hazırda nəqliyyat
vasitləri, xüsusilə avtomobillərdir. Nəqliyyat insanların həyatına güclü
təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi
şəhərlərdə onların buraxdığı qazlar havanı çirkləndirən qazların 68-80%-ni
təşkil edir.Avtomobillərlə çirklənmələrin qarşısını almaq üçün tulantıların
zərərlilik dərəcəsinin qiymətləndirilməsi, daxili yanma mühərrikinin
təkmilləşdirilməsi, benzinin keyfiyyətinin artırılması, neytrallaşdırıcılardan
və yanacağın alternativ növlərindən istifadə etmək lazımdır.
9.
PARNİK QAZLARI VƏ ONLARIN İQLİM DƏYİŞMƏSİNƏ TƏSİRİ
Atmosferdə bəzi qazlar, o
cümlədən su buxarı parnik (istixana) effekti yaratmaqla fərqlənir, onlar yer
səthinə yüksək dərəcədə Günəş radiasiyası buraxmağa qabildir. Yer səthinin orta
temperaturu +150S təşkil edir. Parnik effekti olmasa idi o, -180S
olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcuduğu üçün əsas
mexanizmlərdən biridir. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı
aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar
böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2-oksid (CO2),
azot oksidləri, xüsusilə NO2, metan (CH4) və troposfer
ozonu (O3). Sonuncu yüzillikdə bu təbii qazların miqdarı artmışdır.
Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar
da daxil olur (ən əsası insan tərəfindən sintez ediən xlor-flüor üzvi
birləşmələri, freonlar və s. aiddir). Son 200 ildə,insan fəaliyyəti atmosferdə
parnik effektli qazların konsentrasiyasının artmasına səbəb olur. Bu qaz
qarışığı radiasiyanı udur və əks etdirir. Odur ki, Yerin iqliminə təsir etmək
qabiliyyətinə malikdir.
Turşulu
(turş) yağışlar. Turşulu yağışlar ifadəsi ilk dəfə Smit tərəfindən
qeyd olunmuşdur. Turşulu yağışların əsas komponentləri azot və kükürd
oksidlərinin (SO2 və NO) aerozolları sayılır. Amonyak da (NH3)
turşulu yağışların əsas komponentlərindəndir. Turşulu yağışlar həm təbii, həm
də antropogen mənşəli olur. Turşulu yağşların əmələ gəlməsinə səbəb olan təbii
mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları,
biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir. Avropa və Şimali Amerikada
qazıntı yanacaqlarından çox istifadə olunduğundan bu ərazidə dünyada atmosferə
buraxılan maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə səbəb
olur. Turşulu yağışın əsas yayıldığı vilayətlər - sənaye rayonları sayılır
(Amerika,Avropa, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye rayonları). İndiyə
qədər məlum olan ən turş yağış Kanadada
və ABŞ-ın Los-Anjelos şəhərində qeydə alınmışdır.Antropogen amillərin
güclənməsi ilə əlaqədar atmosferdə parnik qazlarının artması onların parnik
effektivliyini də yüksəldəcəkdir. 2100-cü ilə qədər yerüstü havanın
temperaturunun təxminən 20S artması gözlənilir.
10. TULLANTISIZ
İSTEHSAL VƏ TƏTBİQ SAHƏLƏRİ HANSILARDIR?
Hazırda bir çox qabaqcıl
ölkələrdə təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı
təsərrüfat və sənaye komplekslərindən tullantısız məhsul almağa yönəldilən
texnologiyadan geniş istifadə olunur.
Elmi-texniki inkişaf dövrü
olmasına baxmayaraq hələ də sənaye proseslərinə cəlb edilən xammalın yalnız
5-10%-ə qədəri son məhsula çevrilir, qalan 90-95 %-ə qədəri isə tullantı kimi
ətraf mühitə atılır. Deməli, xammal ənənəvi sənaye məhsullarının alınmasına
yox, atılan tullantılara xidmət edir. Bununla əlaqədar istehsalın
ekolojiləşdirilməsinə böyük ehtiyac vardır. Belə istehsalın məqsədi
tullantıların azaldılaraq ləğv edilməsi, az tullantılı, hətta sənayenin bəzi
sahələrində tullantısız istehsal yaratmaqdır. Hazırda bir çox alimlər ətraf
mühitin mühafizəsində tullantısız texnologiyaya keçilməsini vacib sayırlar.
Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji
strategiyası hesab olunur.
Müasir sənayedə tullantılar
o qədər çoxdur ki, çoxlu sayda təmizləyici qurğuların inşasına böyük ehtiyac
var. Lakin nəzərə almaq lazımdır ki, təmizləyici qurğuların inşası çox vəsait
tələb edir, hətta istehsalın dəyərini üstələyir. Ona görə də tullantıları
parçalamaq yox, onlardan müxtəlif məqsədlər üçün istifadə etmək nəzərdə
tutulur. Tullantılardan tam istifadə edilməsi qapalı texnoloji proseslər
yaratmağı tələb edir. Yəni bir tullantı başqa istehsal üçün xammal olur, xırda
müəssisələr iri istehsal komplekslərində birləşir. Belə hallarda ətraf mühitin
çikrləndirilməsi azalır, təbii sərvətlərdən istifadənin də səmərəsi yüksəlir.
Tullantısız texnologiyanın
inkişafının əsas istiqamətləri aşağıdakılardır: tullantıların utilləşdirilməsi,
xammal və minerallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın
təşkil edilməsi, çirkab suların atılması, zərərli maddələrin atmosferə
buraxılması və s. Hazırkı dövrdə ekoloji istehsalın əsas vəzifələri
gücləndirilərək insan fəaliyyətinin zərərli nəticələrini neytrallaşdırmalı,
sağlamlıq zonaları və ekoloji təmiz olan süni ekosistemlər yaratmağa
istiqamətləndirilməlidir.
11. LİTOSFERİN
EKOLOJİ XUSUSİYYETLERİ VƏ MUHAFİZƏSİ NƏDƏN İBARƏTDİR?
Tarixi
geologiyaya dair tədqiqatlar Yerin və eləcə də litosferin genetik inkişafına
dair qiymətli məlumatlar verir. Həmin sənədlər keçmiş geoloji dövrlərdə əmələ
gəlmiş suxurlar, minerallar, heyvan və bitki qalıqlarından və s. ibarətdir. Yer
qabığı əsasən üç süxur layından – çökmə süxur, qranit və bazaltdan ibarətdir.
Yer qabığının daxili quruluşundakı fərqləri nəzərə alaraq onun tərkibində
materik və okean tipli yer qabıqlar ayrılır.
Materik tipli
yer qabığı yalnız materiklər və bir sıra böyük adalar (Qrenlandiya, Madaqaskar
və s.) üçün səciyyəvidir. Materik yer qabığı üç qatdan (mərtəbədən) ibarətdir.
Üst qat çökmə süxurları əhatə edir. Bundan aşağıda qranit, onun altında isə
bazalt qatı yerləşir. Platformada çökmə süxur qatının qalınlığı çox
dəyişkəndir.Materik tipli yer qabığının ümumi qalınlığı platforma
düzənliklərində 30-35 km, yüksək dağlıq qurşaqlarında 60-90 km-ə çatır.
Yerin geoloji
inkişaf mərhələlərində litosfer tavalarının üfüqi yerdəyişmələrini tədqiq edən
alimlər müəyyən etmişlər ki, Yer qabığı materik və okean tipli yer qabığına bölünür.
Vaqnerin fərziyyəsinin ideya davamı olan yeni «Litosfer tavaları» nəzəriyyəsi
irəli sürüldü. Bu fərziyyəyə əsasən Yer qabığı ilə üst mantiyadan ibarət olan,
qalınlığı 90 km ilə 250 km arasında dəyişən litosfer bütöv olmayıb dərinlik
çatları vasitəsilə materik və okean litosfer tavalarına bölünmüşdür. Fərz
olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri
(astenosfera) üzərində yatırlar. Mantiyada və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru şauqli
yerdəyişməsi baş verir. Səthə doğru qalxan ərimiş maddələr böyük təzyiq altında
aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində litosferin ən nazik
hissələrində uzunluqları 100 km-lə ölçülən dərinlik çatları əmələ gəlir.
Litosfer tavalarının sərhəddi okeanlarda orta okean dağ silsilələri boyu,
quruda isə sıra dağlar boyu keçir. Yer kürəsindəki vulkan püskürmələri və
zəlzələlər də əksər halda bu zonalarda baş verir.
Vulkanların
püskürməsi və zəlzələlər yer kürəsində ən böyük ekoloji böhranlar yaradan təbii
hadisələrdir. Yer kürəsində litosfer tavalarının toqquşma və ayrılma
zonalarında baş verən bu təbii hadisələr Avstraliya qitəsindən başqa bütün
qitələri əhatə edir. Bu hadisələr təbii proseslər olsalar da, 10 minlərlə,
milyonlarla insanı yurd-yuvasından edir, məhv edir, əraziləri lava, toz basır,
zəhərli maddələrlə çirklənmə baş verir, evlər, binalar uçur, bir sözlə
insanlara milyonlarla, milyardlarla manat maddi ziyan dəyir. Ətraf mühit
korlanır. Bir sözlə litosferin üstündə ekoloji tarazlıq pozulur.
12. HİDROSFERİN
VƏ DUNYA OKEANİNİN EKOLOGİYASI VƏ MUHAFİZƏSİ NƏ DEMƏKDİR?
13.
TƏBİƏTDƏ,İNSANİN HƏYAT VƏ FƏALİYYƏTİNDƏ SUYUN ROLU.
Su Yer kürəsində ən geniş
yayılmış qeyri-üzvi birləşmə olmaqla mühüm mineraldır. Su bütün həyat
prosesinin əsası olub planetin hərəkətverici amili olan fotosintez prosesinin
oksigen mənbəyidir. Planetimizin su ehtiyatları 1386 mln. km3-dir.
Onun yalnız 2,5%-i, yəni 35 min km3-ni içməli sular təşki edir. Bu
Yer üzərindəki hər bir adama 8 mln. m3 su deməkdir. Bu böyük rəqəm
olsa da, bu suyun 70%-dən çoxu buzlaqlarda toplanmış və onları istifadə etmək
hələlik olmur. Planetimizdə yayılmış canlı aləmin hər birinin – bitkilərdə 90,
heyvanarda isə 75%-ni su təşkil edir. Canlı orqanizmlər 10-20% su itirərsə məhv
olar. İnsan susuz 8 sutkadan artıq yaşaya bilmir. Orqanizmlər daxilində gedən
mürəkkəb reaksiyalar əsasən suyun təsirilə baş verir. Su məhlulları əksər
kimyəvi elementlərin miqrasiyası üçün şərait yaradır. Suyun iştirakı ilə
orqanizm daxilində mürəkkəb reaksiyalar gedir.
Təbii sular canlı
orqanizmlərlə, litosfer və atmosferlə mürəkkəb qarşılıqlı əlaqədə olurlar. Su –
ən «nəcib» iqliməmələgətirici amildir və bu atmosferin su buxarlarında özünü
daha fəal göstərir. Su – Yer kürəsinin relyefinin formalaşmasında ən vacib
əhəmiyyətə malikdir. Və nəhayət Su – insanların təsərrüfat fəaliyyətinin bütün
sahələri üçün zəruridir – sənayeni, kənd təsərrüfatını, nəqliyyatı susuz
təsəvvür etmək mümkün deyildir.Demək lazımdır ki, bütün coğrafi kəşflərin
əksəriyyəti dənizçilər, dəniz səyyahları tərəfindən olmuşdur, kontinentlərin
istifadəsi və əhali ilə məskunlaşması əsasən su yolları və ona yaxın yerlərdə
yaradılırdı. İri çayların vadiləri ilk insan nəslinin məskənləri olmuşlar.
14. DUNYANİN SU
EHTİYYATLARİNİN PAYLANMASİ VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ NECƏDİR?
Yer səthinin
70,8%-ni okean və dənizlər, 29,2%-ni isə quru təşkil edir. Ümumi su
ehtiyatlarının 93,96%-i dünya okeanından ibarətdir.Planetimizin malik olduğu
bütün su ehtiyatı – Dünya okeanı, çaylar, göllər və su anbarları, qütb və dağ
buzlaqları, torpaqdakı nəmlik və atmosferdəki rütubətin hamısı hidrosferdə
cəmləşmişdir. Su ehtiyatları daima dövr edir. Suyun kiçik və böyük dövranı eyni
zamanda maddələr dövranı üçün də şərait yaradır. Sərbəst su ehtuyatına görə Yer
kürəsi – Günəş sisteminin ən “sulu” planetidir.Materiklərin ümumi sahəsinin
11%-i buzaqlarla örtülüdür. Quru səthindəki buzlaqlar əriyərsə Dünya okeanında
suyun səviyyəsi 70 m artar və nəticədə Dünya okeanının sahəsi 1,5 mln. km2
genişlənər. Buna müvafiq oaraq Yerin quru sahəsi 1% azalar. Yer kürəsinin şirin
su ehtiyatının 85%-i buzlaqların payına düşür. Yeraltı buzaqların ümumi sahəsi
21 mln km2-ə bərabərdir ki, bu da 300 min km2 su ehtiyatı
deməkdir. Sudan istifadənin əhəmiyyəti həm onun hidrosferdə hansı hissəyə aid
olmasına və həm də iqtisadi rayonun inkişafına görə qiymətləndirilir.
Suyun səmərəli
istifadəsinin təşkili – təbiəti mühafizənin və dəyişdirmənin ən müasir
problemlərindən biridir. Sənayenin və kənd təsərrüfatının intensivləşməsi,
şəhərlərin inkişafı, iqtisadi inkişaf və s. ümumən içməli suyun qorunması və
aparılması yaxşı şəraitdə mümkündür. Yalnız minerallardan və biokütlənin
tərkibində olan sudan başqa, hidrosferin bütün tərkib hissəsi su sərvətlərinin
ehtiyatı sayıla bilər.Təbii təsərrüfat sistemlərinin suya olan tələbatını nəzərə
alaraq dünyanı aşağıdakı ərazilərə ayırırlar:
Böyük
su ehtiyatının azlığına və suya olan tələbatının aşağı olmasına görə
fərqlənən (Afrikanın tropik ölkələri, Cənubi Amerika,
Skandinaviyanın bir hissəsi, Kanada);
Orta
təminatlı su ehtiyatlarına və suya az tələbatı olan (Şimali
Amerikanın bir çox ölkələri, Yaxın və Orta şərq ölkələrinin çoxu;
Su
ehtiyatı və suya olan yüksək tələbatına görə fərqlənən (Qərbi Avropanın
inkişaf etmiş və çoxlu əhalisi olan ölkələri, ABŞ-ın şərq hissəsi);
Az su
ehtiyatı olan və suya çoxlu tələbatına görə fərqlənən (Qərbi ABŞ və Yaponiyanın sıx əhali yerləşən hissəsi, Afrikanın mərkəzi)
rayonlar.
15.DUNYA CAYLARİ,GOLLƏRİ VƏ ONLARIN
İNSANİN HƏYAT FƏALİYYƏTİNDƏ ROLU?
Müxtəlif məişət, sənaye və kənd
təsərrüfatında işlədilmiş və təmizlənməmiş suların axını son iki-üç,
onilliklərdə dəfələrlə artmışdır. Qarışıqların su hövzələrində belə sürətlə
toplanması bütün ekosistemin məhvinə səbəb olur. Həm də nəzərə alınmalıdır ki,
bir çox çaylarda, məsələn, Volqanın süni bəndlərində əlaqədar olaraq axını
bəzən azalır. Çay sularının təsərrüfat-məişət suları məqsədilə ümumdünya
istifadəsi cəmi 9% təşkil edir. Ona görə də içməli suya olan tələbat və
çatışmazlıq heç də onların istifadəsi nəticəsində yox, onarın keyfiyyətcə
tükənməsi sayəsində baş verir. Son illərdə su dövranında daha çox üstünlüyü
sənaye və məişət suları tutur. Suya oan tələbatın ödənilməsində vacib su
mənbələrindən biri də şirin su gölləridir. Göllərin sayı 3 mln-dan çox olmaqla
ümumi sahəsi 500 min km2-dir.
Sular çox
mühüm rekreasiya xidmətinə şərait yaradırlar. Xüsusilə göllər rekreasiya,
mikroiqlim yaratmaq və s. əlamətlərinə görə də böyük əhəmiyyət kəsb edirlər.
Ümumiyyətlə MDB ölkələri xeyli içməli su ehtiyatına malikdir. Dünyanın ən böyük
şirin sulu gölü olan Baykalda şirin su ehtiyatının çox hissəsi yerləşir.Bu
sudan səmərəli istifadə etmək və Baykalın ekologiyasını sabit saxlamaq
məqsədilə burada tənzimləmə işləri aparılır. Lakin yaxınlıqda tikilmiş
sellüloz-kağız fabriki hələ də gölün suyunu çirkləndirməkdədir.
MDB ölkələrində
hidroresursların coğrafi yerləşməsindən asılı olaraq onlardan səmərəli istifadə
olunması böyük çətinliklərlə qarşılaşır. Sudan istifadənin vacib vəzifələri:
-
Torpaqların suvarılması və qurudulması;
-
Su axınlarının nizamlanması;
-
Suyun hövzələrarası paylanması;
-
Hidroresursların çirklənmə və tükənmədən mühafizəsi
və s.-dir.
Ümumiyyətlə, Azərbaycanın
bütün çayları Xəzər dənizi hövzəsinə aid olmaqla üç qrupa bölünür:
Kür hövzəsinə
aid olan çaylar;
Araz
hövzəsinə aid olan çaylar;
Bilavasitə
Xəzər dənizinə tökülən çaylar.
Respublikanın
ərazisindəki bütün çaylar axım xüsusiyyətinə görə üç qrupa böünür:
Bütün il boyu
axım müşahidə ediən çaylar;
Axımı quruyan çaylar.
Axımı
müvəqqəti olan çaylar.
Bundan başqa yerli çaylar
və tranzit çaylar var. Suya olan tələbat respubikanın xalq təsərrüfatının
intensiv inkişafı ilə əlaqədar olaraq ildən-ilə artır.Azərbaycan başqa təbii
sərvətlərlə zəngin olmasına baxmayaraq su təchizatında problemlər yaranır. Məhz
bu səbəbə görə də respublikamızın ərazisinə quraqlıq ərazilər sırasında
baxırlar.
16.DUNYA
OKEANİNİN BİOLOJİ EHTİYYATLARINDAN İSTİFADƏ EDİLMƏSİ,ONLARIN EKOLOJİ VƏZİYYƏTİ
VƏ MUHAFİZƏSİ HAQQINDA MƏLUMAT.
Su hövzələrinin sanitar-hidrobioloji vəziyyəti
nəzərdə tutulur. Bu məsələdə təbii tarazlığı pozan antropogen amillərin
(suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirkənməsi və hövzənin
sabit vəziyyətini pozan bütün səbəblər) təsiri, onların mənbəyi və başvermə
səbəbləri xüsusi rol oynayır. Tullantılar ən çox insanların yaşadıqları və
işlədikləri yerlərdə müşahidə edilir. Tullantıfların töküldüyü ərazilərdə
çikrləndricilərin yüksək konsentrasiyası müşahidə olunur, təkcə ona görə yox
ki, onları dayaz yerlərə atırlar, həmdə ona görə ki, okeanın özünün strukturu
çirkləndiricilərin bütün okeana yayılmasına, mane olur. Okeanda suyun təbii olaraq ayrı-ayrı qatlara
ayrılması mövcuddur ki, bu da çirkləndiricilərin üst qatlardan aşağı qatlara
enməsinə mane olur. Okeanın çirklənməsinə insanın təsiri böyükdür, lakin okeana
müxtəlif yollarla atılan çirkləndiricilərin ümumi miqdarı hələlik məlum deyil.
Dünya su ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su ehtiyatının isə 70
%-ni təşkil edən, dünyada ən dərin tektonik göl Baykala ən dəhşətli təhlükə
törədən, orada tikilmiş sellüloz-kağız kombinatıdır. Kombinatın fəaliyyəti
nəticəsində ekoloji itgi hər gün milyon manatlarla hesablanır. Baykaldan
həyəcanlı xəbərlər verilir;balıqların qırılması, Selenqa çayında ikibaşlı balıqların
və üzgəcsiz balıqların əmələ gəlməsi, dayazlaşma, Baykal xərçənginin (suyu
özündən buraxaraq gölü şəffaf və təmiz edən) sayının xeyli azalması və s.
Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast
gəlmək olar:
-
Xəstəlik
törədən mikroorqanizmlər - (bakteriyalar, birhüceyrəlilər, viruslar və
göbələklər). Onlardan ən çoxu çirkab sularla yayılır;
-
bərk
tullantılar-tullantıların emalı zamanı qalıq, həmçinin, işlədilməyən və ya müddəti keçmiş sənaye məhsullarıdır. ABŞ alimlərinin məlumatına görə hər il dünya okeanına 6,6 mln. tona qədər müxtəlif zibil atılır ki, onların da, əsas kütləsini plastmas əşyalar təşkil edir;
-
istilik
tullantıları – dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun səciyyəsi dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər:
-
şirin
su və duzlar-şirin suyun çox olması ciddi problem yaratmır, lakin əgər saflaşdırmaya meyilli olan zonaya düşərsə problem yarada bilər;
-
zəhərlər-qeyri-üzvi zəhərlər adətən sənayedə xəstəlik törədən orqanizmləri və ya yosunları məhv etmək üçün istifadə olunur.Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir (biosid-fungusidlər, herbesidlər, insektisidlər, podensidlər, həmçinin, karbohidrojenlər, neft məhsulları və sənaye kimya məhsulları);
-
neft-təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun müddət ərzində bioloji yolla parçalanan maddələrdir;
-
gübrələr-ən çox yayılanı azot və fosfor birləşmələridir. Onlar ətraf mühitdə həmişə mövcud olmuşdur və onların bəziləri çürüyən orqanizmdən ayrılaraq təbii yolla mühitə qayıdır;
-
radioaktivlik-radioaktiv maddələr dəniz mühitinə nəinki uran istifadə olunan atom stansiyalarının işləməsi şəraitində və başqa növ fəaliyyətlə, həm də, kömürün yandırılması kimi adi şəraitdə də düşürlər;
-
turşular
və qələvilər – turşu və qələvilərin dənizə atılması ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz suyunun normal turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu zəif qələviləşmiş olur.
-
estetik
baxımdan – xoşa gəlməyən görüntülü və iyli tullantılar cəlbedici deyillər;
-
nəqliyyat
gəmiçiliyi-mütəxəssislər qeyd edirlər ki, Okeana düşən neft məhsullarının əksəriyyətini motorlu qayıqların mühərriklərində daxili yanma şəraitində işlənmiş yağlar təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində dağılması və daşması prosesi də baş verir. İri tankerlər yüklərini boşaltdıqda gəminin dinamik xüsusiyyəti xeyli dəyişir. sənayedə suların çirklənməsi;
-
çirkab
suların təmizlənməsi sistemi;
-
kənd
təsərrüfat mənbələri (süni gübrələr, heyvanların çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər);
-
istirahət
zonalarındakı çirkləndiricilər;
-
tikinti
və s. zamanı yaranan çirkləndiricilər.
Son
vaxtlar sənaye və mətbəx axarlarının çirkablarının 90%-dən çoxu bilavasitə su
hövzələrinə axıdılır. Aparılan tədqiqatlar nəticəsində açıq sularda iki minə yaxın
zərərli maddələr olduğu aşkar edilmişdir. Torpaq və havada olan zərərli
maddələrin əksəriyyəti qar və yağış suları vasitəsilə açıq su hövzələrinə
qaytarılır.
17. BİOSFER NƏDİR VƏ ONUN TƏRKİB
HİSSƏLƏRİ HANSILARDIR?
Biosfer–Yer
planetinin elə bir hissəsidir ki, orada canlıların tərkibi, yerləşməsi, enerji
çevrilməsində iştirakı onların keçmiş və indiki fəaliyyəti ilə bağlıdır. Bu cür
fəaliyyət litosferin üst hissəsində, atmosferin aşağı hissəsində, pedosferin və
hidrosferin hər yerində kəmiyyət və keyfiyyəti yenilikləri yaratmış və
yaradır.Biosfer sözünün ilk müəllifi Lemark olsa da (belə bir həyat səviyyəsinə
o biosfer adı verilmişdir) onu elmə daxil edən geoloq Eduard Züsdür.Planetdə
orqanizmlərin bütün cəmini V.İ.Vernadski canlı aləm adlandırmışdır. Yüngül
maddələr V.İ. Vernadskiyə görə biosferdə elementlərin elə cəmidir ki, onların
yaranmasında canlı orqanizmlər iştirak etmirlər. Biogen elementlər həyatla
yaradılır və çevrilir. Beləlilklə, Yer kürəsinin elə yeri biosfera adlanır ki,
ora canlı aləmin təsiri ilə əhatə olunmuşdur. Müasir baxışla biosferaya
planetin ən böyük – qlobal bioloji dövranı özündə birləşdirən ekosistem kimi
baxmaq olar.
Müasir
canlılar yer kürəsinin üst hissəsində, atmosferin aşağı təbəqəsində və yerin su
təbəqəsində yayılmışlar. Yerin dərinliyinə canlı orqanizmlər çoxda yayıla
bilmirlər. Bakteriyaların rast gəlindiyi ən dərin yer 4 km təşkil edir.
Okeanlarda həyat daha dərin qatlarda, hətta okean çökəkliklərində 10-11 km
dərinlikdə canlı aləmə rast gəlinir, çünki orada suyun temperaturu 00C-yə
yaxındır. Bios-həyat, sfer-təbəqə deməkdir. Əslində isə biosferin əhatə etdiyi
dairə, hüdudlar daha genişdir. Məhz ona görə də akad. V.İ.Vernadski haqlı
olaraq biosferin əhatəsinə müasir canlıların mövcud olduğu sahələrlə
kifayətlənməyib, Yerin keçmiş dövrlərində canlı aləmi olan sahələri də daxil
etmişdir. Başqa sözlə desək, biosfer mövcud canlıların yayıldığı ərazilərlə
yanaşı, palentoloji qalıq əldə edilən yerləri də nəzərdə tutur.Beləliklə,
biosfer dedikdə, planetdə canlı aləmin yaşaması mümkün olan su, hava və quru
(torpaq) mühiti başa düşülür.Əslində Yer kürəsinin hər yeri, canlı aləmin
hamısı üçün əlverişli deyildir. Məs.qütblərdə, yüksək dağ zirvələrində
bitkilərə rast gəlinmir. Çox vaxt bu yerlərdə adi canlılara təsadüf olunur. Fiziki
xüsusiyyətləri ilə bir-birindən kəskin dərəcədə fərqlənən üç mühüm təbəqə
biosferin əsasını təşkil edir.
1. Litosfer –
mühit kimi dərk edilməklə, yer səthinin üst təbəqəsi və yaxud da yer qabığının
bərk hissəsindən ibarətdir.
2. Hidrosfer – yer kürəsinin su ilə əhatə olunan sahəsi. Hidrosferin əsasını, planetin 7/10 hissələrinə bərabər olan Dünya okeanı təşkil edir.
3. Atmosfer – Yer kürəsinin, o cümlədən biosferin əvvəlki iki təbəqəsi də daxil olmaqla, onu hər tərəfdən əhatə edən hava qatıdır.
18.EKOLOJİ SİSTEMLƏR
HANSILARDIR?
Maddələrin dövranı baş verən, üzvi və qeyri-üzvi komponentlərin birliyi olan ərazilər ekosistem adlanır. Bu termin 1935-ci ildə yuxarıda qeyd olunduğu kimi A.Tensli tərəfindən elmə daxil etmişdir.
Ekosistemdə maddələr dövranının idarə olunmasını təmin etmək üçün mənimsənilən
formada qeyri-üzvi molekul ehtiyatının olması və üç qrup funksiyaca müxtəlif
ekoloji orqanizm qruplarının: produsentlər, konsumentlər və redusentlərin
olması lazımdır. Belə də ifadə etmək olar ki, biosferdə maddələr mübadiləsi
gedən üzvi və qeyri-üzvi komponentlərin istənilən məcmusu ekosistem adlanır.
Ekosistem = Bitop+Biosenoz
Biomon – oxşar mühitə
alışan canlı orqanizmlərin quru və su hövzələrinin müəyyən ərazisində yaşaması,
yaxud da yaşayış yeri deməkdir.
Beosenoz – eyni biotopda məskən salan orqanizmlərin
vəhdətidir (bitkilər, mikroblar, heyvanlar). Hər hansı ekosistem olursa-olsun, onda cəmləşən
canlılar qidalanmağa görə üç qrupa bölünürlər. Birinci qrupa aid olanlar
Avtotroflardır. İkinci və üçüncü qrupun qidalanmaya aid olanları isə
Heteretroflardır. Əslində heterotrof hazır üzvi maddəyə ehtiyacı olan
canlılardır. Hər
hansı ekosistem olursa-olsun, onda cəmləşən canlılar qidalanmağa görə üç qrupa
bölünürlər. Birinci qrupa aid olanlar Avtotroflardır. İkinci və üçüncü qrupun
qidalanmaya aid olanları isə Heteretroflardır. Əslində heterotrof hazır üzvi
maddəyə ehtiyacı olan canlılardır.
Ekosistemin enerjisi Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur.
İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi karbon qazı və su ilə
birləşərək fotosintez prosesini yaradır. Fotosintez vasitəsilə bitkilərdə üzvi
maddələr yaranır, onunla otyeyən və ətyeyən heyvanlar qidalanır, nəticədə
bitkilər canlı aləmi qidalandırır, yəni günəş enerjisi bitki vasitəsilə qidanı
sanki bütün orqanizmlərə çatdırır.Enerji orqanimzdən orqanizmə ötürülərək qida
və ya trofik zəncir yaradır. Heterotroflar enerjini qida ilə birlikdə alır.
Bütün digər orqanizmlər digərlərinin qida obyekti sayılır, yəni bir-birilə
energetik əlaqədədirlər. Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən
digərinə enerji ötürücü mexanizmdir. Beləliklə, biosenozların trofik zənciri
olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun
müddət miqrasiya edə bilər: avtotroflardan, prosudentlərdən heterotroflara,
konsumetrlərə və beləliklə, bir trofik səviyyədən, digərinə dörd-altı dəfə
ötürülərək trofik zəncir təşkil edir.
Qida zəncirində hər bir
həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik
səviyyə-prosudentlər - üzvi kütlənin yaradıcıları, qalanları isə
konsumentlərdir. İkinci səviyyə bitki yeyən konsumentlər; üçüncü trofik
səviyyə-bitki yeyən formalarla qidalanan ət yeyən konsumentlər; dördüncü trofik
səviyyə digər ətyeyənlərlə qidalanan konsumentlər.
Ekosistemin bioloji məhsuldarlığı. İki
məhsulvermə səviyyəsi ayrılır; birinci (ilkin) və ikinci məhsul. Vahid zaman
ərazidə bitkilər (prosudentlər) tərəfindən yaradılan üzvi qruplaşmanın ilkin
(birinci) məhsulu adlanır. Məhsul kəmiyyətcə bitkinin quru və ya yaş halında
kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə olunur. İlkin
məhsul sanki iki səviyyəyə –ümumi və təmiz məhsula bölünür, ümumi ilkin məhsul
vahid zaman ərzində fotosintezin müəyyən surətində bitkilər tərəfindən həyat
fəaliyyətini saxlamaq üçün, yəni tənəffüsə sərf olunan məhsul kifayət qədər çox
olur.
19.BİOLOJİ
MUXTƏLİFLİYİN SAXLANİLMASININ EKOLOJİ ƏHƏMİYYƏTİ?
Bioloji müxtəliflik
yerüstü, dəniz və digər su ekosistemləri və onları təşkil edən ekoloji
komplekslər daxil olmaqla bütün mühitlərdən olan canlı orqanizmlərin cəm
müxtəlifliyi, növdaxili, növlər və ekosistemlər arası müxtəliflik deməkdir.
Biomüxtəlifliyi üç tipə
ayırmaq olar:
-
Yaşayış mühitinin müxtəlifliyi (ekosistemlər və
landşaftlar);
-
Növlərin müxtəlifliyi (heyvan, bitki və bakteriya
növləri);
-
Bütün genlər (genetik müxtəliflik).
Biomüxtəliflik anlayışı bütün genləri, heyvan və bitkilərin bütün növlərini, ekosistemləri və
landşaftları əhatə edərək hər yerdə mövcud olan həyatın müxtəlifliyini əks etdirir. Müxtəliflik tərəqqi, inkişaf və təkamül deməkdir.
Yer üzərində müxtəliflik yox olarsa, bununla bərabər biz aşağıdakıları da itirə
bilərik: 1) inkişaf qabiliyyətini; 2) davamlılığı; 3) həyatı. Beləliklə,
müxtəliflik bizim planetimizdə bütün canlı aləmin mövcudluğunun həlledici
amilidir.
Rio de-Janeyroda (1992)
tarazlı inkişaf barədə keçirilmiş dünya sammitlərində (1992) və BMT-nin bioloji
növmüxtəlifliyi istiqamətində yaradılmış Bioloji növmüxtəlifliyi
konvensiyasının (BNK) vədləri yerinə yetirilmir və daima pozulur. bioloji
növmüxtəlifliyin qorunması və sabit istifadəsi, ayrılmaz əsas kimi, ekosistemlər
tərəfindən, təbii sərvətlərin dünya iqtisadiyyatına verilməsi kimi həyati vacib
xidmətləri həlledici mövqe tutur. Sabit təsərrüfatçılığın qüvvətli
faktorlarından biri iqlim dəyişilməsidir. Meşənin qırılması 20% parnik
(istixana) qazlarının atılmasına səbəb olur. Bütün dünyada bioloji
növmüxtəlifliyinin qorunmasının çətinliyi bir də onunla izah olunur ki, bu işə
az maliyyə ayrılır. Bununla əlaqədar olaraq bütün dünyada iqlimlə bağlı
dəyişikliklərə daha çox diqqət yetirilməlidir. 1992-ci ildə Rio-de-Janeyro
şəhərində təqdim olunmuş «Biomüxtəlifliyin qorunması» Konsepsiyasını Azərbaycan
Respublikası imzalandıqdan sonra bu konvensiyanın tələblərini həyata keçirmək
üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızda davamlı inkişafın
təmin olunması baxımından bioloji müxtəlifliyin qorunması üçün aşatğıdakı
strateji tədbirlərin həyata keçirilməsi məqsədə müvafiqdir:
-
Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün
ekoloji proseslərə, beynəlxalq konvensiyalara, digər ölkələrarası və regional
müqavilələrə qoşulmaq;
-
Bioloji müxtəlifliyin əhəmiyyətli komponentləri-nin
müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və
həyata keçirilməsi;
-
Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün
ölkələrin flora və faunasının Qırmızı və Yaşıl Kitablarının tərtibi və
yeniləşdirilməsi;
-
Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma
statusuna malik olan bitki və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin
yaradılması;
-
Nadir və kökü kəsilməkdə olan bitki və heyvan
növlərinin genefondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan
zooloji parklarda saxlanılması üçün yaradılması;
-
Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə
nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan
növlərinin proqnozlaşdırılması;
-
Biomüxtəlifliyin qorunması məqsədiilə yeni milli
parkların yaradılması.
20.BİOSFERİN
QLOBAL EKOLOJİ BOHRANLARI HANSİLARDİR?
Planetimizdə həyatın ekoloji böhranlarını
iki böyük qrupa ayırmaq olar: təbii və antropogen ekoloji böhranlar. Təbii
ekoloji böhranlar mövcud həyatın inkişafının yeni bir səviyyəsinə yüksəlməsilə
nəticələnir. Amma antropogen böhranlarda belə olmur. Təxminən 400 mln. il öncə
düzənliklərdə və dağlarda eroziya başlandı, sular lilləndi, suda oksigen
azaldı, heyvanların quruya çıxması və atmosfer oksigeni ilə tənəffüs etməsi
problemi yarandı. Suda-quruda yaşayanlar əmələ gəldilər və su ilə quru arasında
maddələr dövriyyəsində fəal iştirak etdilər. Geoloji baxımdan çox çəkmədi ki,
dünyada quraqlıq gücləndi. Suda-quruda yaşayanlar üçün təbii böhran yarandı.
Onların çoxu qırıldı, bəzi nəsillərdən isə sürünənlər əmələ gəldi. Yer
planetində insanın əmələ gəlməsilə yeni və güclü faktor-antropik və antropogen
faktorlar formalaşdı, ətraf mühiti tamam başqa xarakterli etdi və özünəməxsus
ekoloji böhranlar yaratdı. Dünya əhalisini ərzaqla təmin edən əsas dağ və
düzənliklərin torpaqlarının daha çox dəyişikliyə məruz qalması qabarıq
göstərilir. Belə ki, hər yerdə torpağın və onun münbitliyinin tükənməsi, şum və
otlaqların altında qalan torpaqların 40-60%-nin eroziyaya və defliyasiyaya
uğraması, suvarılan torpaqların isə 40%-ə qədərinin şorlaşmaya məruz qalması,
torpaqda toksik biosidlərin və gübrələrin artığının toplanması, torpaqların
qlobal çirkləndirilməsi kimi problemlərin yaranması göz qabağındadır.
Cədvəldə
həmçinin atmosferin, saf suların, okean və buzlaqların, meşə və kol örtüyü,
canlı orqanizmlər, planetin canlı maddələri, iqlimi və havasında gedən qlobal
dəyişilmələr göstərilir. Sənaye tullantıları çox böyük ekoloji böhran yaradır.
Təbii sərvətlərin məhsula çevrilib istifadə ediləni 3-5% təşkil edir, qalanı
tullantıya çevrilir. Potensial ekoloji təhlükə daha çoxdur. Ənənəvi təbii
sərvətlərin tükənməsi, ozon qatının zəiflənməsi, planetin səthində istiliyin
çoxalması, iqlimin dəyişməsi, oksigenin azalması, karbon qazının çoxalması və
s. potensial ekoloji təhlükələr yaradır. Radioaktiv sənaye tullantılarının
basdırılması problem olaraq qalır. Ətraf mühitin kimyalaşdırılmasının ekoloji
təhlükəsi görünənə nisbətən daha çoxdur.
21.TORPAQLARIN EKOCOGRAFİYASI VƏ ONUN
MUHAFİZƏ EDİLMƏSİ?
Torpaq örtüyü
min illər ərzində mürəkkəb fiziki, kimyəvi, bioloji proseslərin qarşılıqlı
təsiri nəticəsində formalaşaraq biosferin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Torpaqların əkinçilikdə tutduğu mövqe və insan həyatı üçün zəruriliyi əvəz
olunmazdır. Genetik torpaqşünaslıq elminin banisi V.V.Dokuçayev qeyd etmişdir
ki, çöl bitkiləri altında yaranmış rus qaratorpaqları daş kömürdən, neftdən və
hətta qızıldan da bahadır və qiymətlidir. Ümumiyyətlə, torpaq örtüyü təbii
landşaftın əsas komponentlərindən biri olmaqla, insanın həyat fəaliyyətində
müstəsna rol oynayır. Torpaq məlum coğrafi amillərin qarşılıqlı əlaqəsi və
təsiri nəticəsində yaranan münbitliyə malik olan və 1-1,5 metrdən artıq olmayan
qatdır. Planetimizdə əkin sahələri 19 mln. km2 qədərdir. Təmiz əkin
sahəsi 14,6 mln. km2-dir. Eyni zamanda əkin sahələrinin 3,2 mln. km2-i
suvarılan və qurudulan torpaqların payına düşür. İndiki əhali artımı və
cəmiyyətin müasir tələbatı şəraitində bu heç də çox deyildir. Dünya əhalisinin
artması ilə adambaşına düşən torpağın təbii və antropogen yolla azalması
nəticəsində gələcək nəsillərin çətinliklərlə üzləşəcəkləri barədəki proqnozlara
indi sübhə edənlər az tapılar.
Rəqəmlərə
görə demək olar ki, qurunun 10%-i əkin sahəsi, 20%-i otlaq, 30%-i meşələr və
müxtəlif tipli yararsız sahələr 40% təşkil edir. Dünyanın torpaq resurslarından
son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. Ərzağa olan
tələbatın durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə davam etməsi
torpaq resurslarının istifadəsinin və onun vəziyyətinin strategiyasına ciddi
təsir göstərir. Əgər istehsala yeni torpaq sahələri cəlb etməklə ərzağa olan
tələbatı ödəmək mümkün deyilsə, onda yalnız başqa yol, yəni kənd təsərrüfatının
səmərələşdirilməsi yolu ilə torpağın münbitliyinin artırılması lazımdır.
Hazırda torpaqların qorunması mühüm əhəmiyyət kəsb
edir. Burada başlıca problemlərdən biri də odur ki, bir çox yerlərdə münbit
torpaqlar qeyri – kənd təsərrüfatı ilə əlaqəsi olmayan sahələrdə istifadə
edilir. Şəkil 11-də torpaq əmələ gətirən amillər verilir. Torpaqların
yayılmasında təbii zonallığın xüsusiyyətlərini nəzərə almaq ekoloji cəhətdən
mühüm əhəmiyyət kəsb edir. Əksinə, bəzi ölkələrdə istiliyin həddən artıq olduğu
səhra və yarımsəhra landşaftlarında rütubətin çatışmaması əkinçiliyin
inkişafını ləngidir. Bu rayonlarda əkinçilik ancaq süni suvarmadan istifadə edilməklə
inkişaf etdirilə bilər. Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan
çox qədimdən istifadə olunur. Söz yox ki, suvarma işləri bəşəriyyət üçün
xeyirlidir, lakin o, hər şeydən öncə
ekoloji problemlər yaradır. Təbii landşaftın aqroekosistemlərə çevrilməsi
ərazinin vəziyyətini dəyişikliyə uğradır. Suvarmanın ekoloji problemləri
iqtisadiyyatın tam dəyərinin uçotunun aparılmasını tələb edir.Dünyanın ən iri
dövlət birliyi olmuş və hazırki MDB –nin əkin üçün yaralı torpaq ehtiyatlarının
70%-i soyuq, quraqlıq iqlim şəraiti qurşaqlarındadır. Su ehtiyatları kimi
əkinçiliyə yararlı ərazilərin çoxu şimaldadır. Bununla belə, əhalinin
tələbatını ödəmək üçün kənd təsərrüfatı məhsulları becərilən əkin sahələrinin
üçdə iki hissəsi (500 milyon hektar) cənub regionlarında, su sarıdan kasad olan
ərazilərdədir. Suvarılan ərazilər əkin sahələrinin cəmi 7%-ni təşkil edir. Buna
baxmayaraq, kənd təsərrüfatı məhsullarının 30%-dən çoxunu məhz suvarılan
torpaqlardan alırlar.
22. Azərbaycan torpaqlarının ekoloji
səciyyəsi və mühafizəsi.
Azərbaycan
Respublikasının ərazisi 8,6 mln. hektardır. Bunun 49,4%-i və ya 4,2 milyon
ha-sı kənd təsərrüfatı üçün yararlı sayılır. Əlverişli iqlim şəraiti bu torpaq
fondundan səmərəli istifadə üçün aqrar sənayeyə böyük imkanlar verir. Torpaqların
uzun müddət monokultura altında saxlanılması həm eroziya prosesini
gücləndirmiş, həm də kimyəvi pereparatların intensiv tətbiqi, torpağın fiziki,
kimyəvi və bioloji xassələrini kökündən dəyişdirmişdir. Bundan başqa sistemsiz
suvarılma aparıldığından, torpaq fondunun çox hissəsində duzlaşma-şorlaşma
prosesləri güclənmişdir. Son məlumatlara görə əkin üçün yararlı torpaqların
yarıdan çoxu məhz eroziya və şorlaşma proseslərinə məruz qalmışdır.Sudan
nisbətən kasad olan Azərbaycanda su israfçılığı üzündən xeyli əkinə yararlı
torpaqlar dövriyyədən çıxarılır. Ümumi uzunluğu 45-50 min km-dən çox olan kanalların
məcrası betonla üzlənmədiyinə görə, axan suyun ən azı 25-30%-i itirilir.
Əslində su kanallar və arxlar boyu torpağa hopur, bütün irriqasiya, meleorasiya
sistemləri əhatəsind yeraltı qrunt sularının səviyyəsinin qalxmasına təkan
verir. Xalq
təsərrüfatında torpaq əsas və ümumi istehsal vasitəsidir. Torpağın əhəmiyyəti
əsasən onun münbitliyi ilə müəyyən olunur. Torpaqda aparılan aqrotexniki və
meliorativ tədbirlər nəticəsində onun münbitliyini müntəzəm artırmaqla kənd
təsərrüfatı bitkilərinin normal qidalanmasını təmin etmək mümkündür.
Torpaq bizim
əsas və əvəzedilməz sərvətlərimizdir. Ondan nə dərəcədə səmərəli istifadə
olunmasından cəmiyyətin taleyi və xalq təsərrüfatının gələcək inkişafı
asılıdır. Torpaq bütün ictimai formasiyalarda insana qüdrət, ölkəyə bərəkət və
cəmiyyətin inkişafına həlledici istiqamət vermişdir. İnsan təbiəti, ilk növbədə
torpaq sərvətləri ilə məhsuldar edir, lakin insan torpaqdan səmərəli istifadə
etməklə təbiəti dəyişə bilir, səhralarda yaşıl zonalar yaradır və s. Başqa
istehsal sahələrindən fərqli olaraq torpaqdan düzgün istifadə edildikdə torpaq
məhsuldar olur, xassələri pisləşmir, əksinə tədricən yaxşılaşır və münbitləşir.
Torpaqdan düzgün istifadə edilmədikdə pisləşir məhsuldarlığını azaldır,
nəticədə bəzən bütöv bir ərazi səmərəsiz səhralara çevrilə bilir. Deməli,
torpaq gələcək insan nəslinin yaşaması üçün əvəzolunmaz maddi varlıqdır. Torpaqlardan
səmərəli istifadə edilməsi xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir.
Həmin tədbirlər torpağın təbii şəraitindən, relyef formalarından asılı olaraq
müxtəlif olur. Sellərə, sürüşmələrə, uçqunlara, eroziyaya məruz qalmış,
bataqlaşmış, şorlaşmış, sənaye və kənd təsərrüfatı tullantıları ilə çirklənmiş
və s. torpaqların yaxşılaşdırılması xüsusi və bir çox yerdə kompleks tədbirlər
tələb edir. Bəzi regionlarda olduğu kimi Azərbaycanda da qoruyucu meşələrin
salınması, kollektor-drenaj şəbəkəsinin tikilməsi kimi işlər görülməli,
torpaqlarda rekultivasiya və transformasiya aparılması tələb olunur.
23-24.eynidi Torpaqların səhralaşmasının
qanunauyğunluqları və antropogen təsirlərin nəticələri. Müasir səhralaşma
problemləri.
Müasir dövrün ən kəskin qlobal problemlərindən biri
fəlakətli quraqlıqların çoxalması və bunun nəticəsində ərzaq təsərrüfatında
məhsuldarlığın kəskin azalmağa başlamasıdır.səhralaşma-torpağın və bitkilərin
deqradasiyası və onların bioloji məhsuldarlığının azalması prosesidir. Səhralaşma
ekstremal hallarda biosferin potensialının tam məhv olmasına və ərazinin
səhraya çevrilməsinə səbəb olur. Son onilliklərdə səhralaşma prosesinə və onun
yaratdığı problemlərə maraq əhəmiyyətli dərəcədə artmışdır. Səhralaşma əslində
təbii yolla gedən prosesdir. İnsanın təsiri olmadan təbiətdə səhralaşmanın
getməsi təbii-tarixi prosesin nəticəsidir. Bununla yanaşı insanların təbiətə
geniş miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir.Səhralaşma dedikdə
daha geniş mənada yerin bioloji potensialının azalması və ya məhvedilməsi,
antropogen fəaliyyət və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin
tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma proseslərini və onun
yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edirlər
ki, bu proses nəticəsində quraq, yarımquraq ərazilərin məhsuldarlığı səhra
səviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. Aridləşmə prosesi
səhralaşmanın ilkin mərhələlərindən biridir.
Torpaqların
aridləşməyə məruz qalması dedikdə-mürəkkəb və müxtəlif kompleks proses olub,
geniş ərazilərin rütubətləşməsini azaldan və bununla əlaqədar «torpaq-bitki»
ekoloji sistemlərinin bioloji məhsuldarlığının azalması başa düşülür.
Aridləşmənin əmələ gəlməsi yemin, suyun azalmasına səbəb olur, yanacaq problemlərini
kəskinləşdirir və ekosistemdə dərin dəyişiklik yaradır. Səhraların ətrafında
olan əkinlər təzyiqə davam gətirmir və səhralıqların ərazisinə qatılır ki,
bununla da hər il min hektarlarla əkinə yararlı torpaqlar itirilir. Səhralaşma
eyni zamanda sosial-iqtisadi və təbii proses olmaqla təqribən 3,2 mlrd. hektar
torpaq sahəsini təhlükə altında saxlamaqla, 700 mln-dan çox insanın yaşadığı
əraziləri əhatə edir. Mal-qaranın ardıcıl otarılması otlaqlarda artıq təzyiqin
olmasına, onsuz da seyrək olan bitki örtüyünün məhv olmasına səbəb olur.
Səhralaşmaya həm də ot örtüyünün kütləvi yandırılması, xüsusilə yağış dövründən
səhra, intensiv şumlanma, qrunt suyunun səviyyəsinin aşağı düşməsi və s. şərait
yaradır. Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması torpağın üst
qatının intensiv sovrulmasına (deflyasiya) şərait yaradır.Yer kürəsi əhalisinin
sürətlə artması «insan-torpaq» problemlərinə daha çox əhəmiyyət verilməsini və
qida məhsullarının istehsalının durmadan artırılmasını tələb edir. Bunun isə əsasını
kənd təsərrüfatı əkinləri tutur, ən əsası isə istifadə olunan, şumlanan
torpaqlardır. Səhralaşmanın nəticələri ekoloji və iqtisadi cəhətdən xeyli hiss
edilən olmaqla, demək olar ki, həmişə mənfi nəticələr verir. Səhralaşmaya
şərait yaradan antropogen amillər isə insanın müxtəlif təsərrüfat fəaliyyəti
ilə olur. Əsas amillərə: mal-qaranın otarılması, əkinçilik, yerin təkinin
istifadəsi, su anbarlarının tikilməsi, xətti tikintilər, çay axarlarının
tənzimlənməsi və s. aiddir. Suvarma əkinçiliyində irriqasiya sistemlərinin
nasazlığı, aqrotexnikanın aşağı olması, kənd təsərrüfat bitkilərinin düzgün
seçilməməsi, suyun çatışmaması, kübrələrin norma ilə verilməməsi, pestisidlər
və s. hadisələr səhralaşmaya səbəb ola bilər. Torpağın aridləşməsi birgə
proseslərin, yəni geniş ərazilərin rütubətlənməsinin azalması və bunun
nəticəsində «torpaq-bitki» ekoloji sistemlərin bioloji məhsuldarlığının
azalması kimi mürəkkəb və müxtəlif proseslərdir.
Yerin
tarixində susuz səhraların ərazisinin sürətlə azalması dövrləri olmuşdur.
Həmçinin quraqlıq arid ərazilərin genişləndiyi dövrlər də olmuşdur. Azərbaycan
Respublikası ərazisinin bioiqlim göstəricilərindən aydın olur ki, ölkədə
səhralaşmada-torpaqların deqradasiyasının inkişaf potensialı böyükdür.
Ölkəmizdə torpaq deqradasiyası bir çox iqtisadi, bioloji, siyasi problemlər
yaradır. İlkin hesablamalara görə torpaq ehtiyatlarının 80 % (7 mln.ha) bu və
ya digər dərəcədə təbii və antropogen deqradasiyaya məruz qalmışdır. Burada 3,6
milyon hektar torpaq eroziyası yuyulma və deflyasiyaya, 2,4 milyon hektar
kimyəvi amillərdən-şorlaşma, çirklənmə, qida maddələri çatışmamazlığı, 600 min
hektar fiziki və 400 min hektar isə bioloji deqradasiyaya məruz qalmışdır.
26.
Səhralaşmanın əsas amilləri və səbəbləri.
Hazırda şimal
və cənub yarımkürələrində arid zonalar Yer kürəsini ekvatorun hər iki tərəfində
yerləşən rütubətli-tropik meşələr zonasını əhatə edir. Müasir xəritə materiallarına əsasən mütləq səhralar
qurunun 8-10%-ni təşkil edirlər. Bu və ya digər dərəcədə səhralaşmaya məruz
qalmış ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-40%-ni
təşkil edir. Aridləşmə və səhralaşma problemlərinin kəskinləşməsinə səbəb həm
də 30-40 yoxsul və ekoloji cəhətdən zəif inkişaf etmiş ölkələrin səhra, quru
savanna, quraq çöl və yarım çöl ərazilərdə yerləşməsidir. Səhraların
problemləri və bu ərazilərin torpaqlarının müqəddəratı daim alimlərin diqqət
mərkəzində olmuşdur. Səhralaşma problemləri, hərəkət edən qumlar və onunla
mübarizə yolları barədə, səhra torpaqlarında şorlaşma ilə mübarizə, səhra və
çöl landşaftlarının meliorasiyası və s. . tədqiqatçıların fikrincə səhralaşmaya əsas səbəb
rütubətli illəri əhatə edən dövrlərdə ot yeyən heyvanların sayının artırılması,
əkin sahələrinin xeyli genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləklərdir.
Kovdanın və
Petrovun fikirlərini ümumiləşdirərək
prosesdə aşağıdakı təbii dəyişikliklərin baş verdiyi göstərilir:
1. Bütün ərazilərdə buzlaşmanın azalması;
2. Səthi yumanın üstünlük təşkil etməsi və defliyasıya prosesinin fəallaşması;
3. Çay sularının və digər axarların təbii rejiminin pozulması;
4. Qapalı su hövzələri (göllər) sahələrinin azalması və onların şoranlaşması;
5. Bitki örtüyünün seyrəkləşməsi və bəzi ərazi-landşaftlarında onun tam məhv olması;
6. Flora və faunada yeni növ əmələgəlmənin və nəsl vermənin zəifləməsi;
7. Torpaqların sürətlə şoranlaşması, hidromorf torpaqlarda karbonatlığın, gipsin miqdarının artması;
8. Qrunt sularının səviyyəsinin sürətlə aşağı düşməsi;
9. Çayların və yarğanların drenləşmə rolunun artması;
10.
Daimi
donuşluq zonaları (xüsusilə dağlarda) sərhədlərinin dəyişilməsi, bununla əlaqədar çayların suyunun azalması və s.
Səhralaşmanın
səbəbləri – planetin iqliminin dəyişilməsi, xüsusilə də qlobal istiləşmə, həmçinin insanların ətraf mühitə təsir fəaliyyəti hesab olunur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə səhralaşmaya əsas səbəblərdən biri su resurslarının çox və səmərəsiz istifadə olunması hesab olunur.
27. Bitki aləminin əhəmiyyəti, onların yerli və qlobal probemləri.
Bitki üzvi aləmin yaşaması üçün əsas vasitədir.
Qurunun xeyli hissəsini yaşıl meşələr örtür. Böyük çəmənliklər və mədəni halda
yetişdirilən kənd təsərrüfatı bitkiləri düzən və səhraları yaşıllaşdırır. Bitki
nəinki yer üzərini örtmüşdür, hətta okeanların və dənizlərin xeyli
dərinliklərində belə vardır. Bitkiləri təbiətindəki fəaliyyətlərinə görə iki
böyük qrupa bölmək olar: 1) yaşıl bitkilər, 2) yaşıl olmayan bitkilər. Bitki
aləmi yerin üst qatının dəyişməsində və torpağın əmələ gəlməsində çox böyük rol
oynayır. Torpaq əmələgəlmə prosesində fiziki və kimyəvi aşınmalarla yanaşı
bitki örtüyünün də böyük əhəmiyyəti vardır. Ali bitkilər torpağa öz kökləri
vasitəsilə, ibtidai bitkilər xüsusi bakteriyalar, göbələklər və şibyələr bütün
həyat fəaliyyətləri ilə təsir edirlər. Elə ona görə də bitki örtüyündən asılı
olaraq yer üzərində müxtəlif tipli torpaqlar yaranmışdır. Bitki örtüyü
biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni
yer kürəsində məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatına
yardımçı olan faktiki başlıca mənbədir. Məlumdur ki, bitkilərin əksəriyyəti
antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. Bu
maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları
məhv edir, bununla da havanı saflaşdırır. Ağaclar ən çox fitonsid xassələri
daşıyır. Meşə-bitki örtüyünün çox növlü bitkilərindən ibarət əsas tipidir. Meşə
ətraf mühitə, mikroiqlimə təsir edir, torpağın hava və su rejimini, faunanı
nizamlayır. Üzvi kütlənin yaranmasında meşənin rolu böyükdür. Meşə bitkiləri
şəhərlərdə hava hövzəsini toz, zərərli qaz, tüstü, his və səsdən təmizləməklə
müstəsna rol oynayır.İynə yarpaqlı bitkilər özündən-fitonsidlər adlanan
maddələr buraxır ki, onlar insan və bitkilərdə xəstləik əmələ gətirici
mikrobları məhv edirlər. Havada olan toz hissəcikləri günəş şüalarının təsirini
azaldır və ultrabənövşəyi şüaları udur.
Heyvanlar
bitki örtüyü ilə qarşılıqlı əlaqədə olaraq torpağın və landşaftın
formalaşmasında iştirak edirlər. Mərcan rifləri və qunduz landşaftı tamamilə
canlılardan təşkil olunmuşdur. Bir çox heyvanlar ilk baxışda zərərli və
lazımsız görünsə də, onların biosenozların tərkib hissəsi kimi normal həyatı
zəruridir. Sivilizasiya inkişaf etdikcə onun təbiətə təsiri artır. hər il
heyvanat aləminin orta hesabla bir növü və ya yarım növü yox olur. Onların böyük
əksəriyyəti insanın təsərrüfat fəaliyyətinin qurbanı olur. Quşların məhv
olmasının səbəblərindən biri onların qanadlarının neft və mazutla bulaşmasıdır
ki, bununla da onlar qanadlara hoparaq bədənin strukturunu dəyişir, üzmək və
istilik mübadiləsi xassələrini pisləşdirir. Neftlə bulaşma dəniz canlılarına –
balina, delfinlər, su itlərinə də böyük zərər vurur. Onlar hava udmaq üçün
tez-tez suyun üzünə çıxırlar. Suitilər neftlə çirklənmiş ərazidə üzə çıxdıqda
onların dərisi neftlə çirklənir, istilik mühafizə xassəsini itirir ki, bu da
bədənin soyumasına və ya zəhərlənməsinə səbəb olur. Yaxın onilliklərdə növlərin
məhv olmasının bu yolla çirklənmədən daha çox baş verəcəyi güman olunur. Heyvanlar aləminin təbiətin maddələr və enerji dövriyyəsində özünəməxsus yer
tutması, ekoloji sistemlərdə konsument
mövqeyi; torpağın və
landşaftın formalaşmasında iştirakı; bitkilərin yayılmasında və çarpaz
tozlandırılmasında iştirakı; ərzaq,
dərman
və ətriyyat mənbəyi olması;
heyvandarlığın təbii
mənbəyi olması ilə iqtisadiyyatı
təmin
etməsi;
elmi-mədəni, maarif və estetik
baxımdan əhəmiyyəti çox
böyükdür.İnsanın fəaliyyətinin nəticəsində xam
torpaqların şumlanıb və
mədəni bitkilərin əkilməsi,
bataqlıqların qurudulması, ərazilərin otarılması,
meşələrin qırılması
və
başqa aqrotexniki və
meliorasiya tədbirləri ilə əlaqədar olaraq
canlı aləmdə dəyişikliklər baş
verir.Heyvanlar aləminin
praktiki əhəmiyyəti çoxcəhətlidir. Təbiətdə mütləq zərərli və mütləq faydalı
heyvan növü demək
olar ki, yoxdur. Hər
hansı heyvan növünün zərərli və faydalı olması
onun populyasiyasının saxlandığından və həmin növə məxsus fərdlərin ümumi sayından, konkret rayonda
inkişaf etdirilən
təsərrüfatdan, ilin
fəsillərindən və başqa səbəbdən asılı olaraq
fərqlənir. Təbiətdə
heyvan və bitkilər sıx əlaqədədir. Heyvanlar bitkilərlə qidalanmaqla bərabər,
həmdə onlara xeyir verir. Heyvanların yaşama mühitinn dəyişməsi texniki
inkişafla da bağlıdır. Çaylarda bəndəlrin tikilməsi, su anbarlarının
yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin ətraf mühitə «hücumu»
heyvanların yaşayış şəraitini kökündən dəişir: iri məməlilər yoxa çıxır, quş
növlərinin sayı kəskin azalır. Suvarma, xüsusilə nəmli yerlərin qurudulması
bitki və heyvanların həyat tərzini dəyişdirir. Heyvanların kütləvi və
nəzarətsiz ovlanması onların məhv olmasına səbəb olur. Bu səbəbdən adalarda
yaşayan heyvanların əksəriyyəti artıq mövcud deyil.
28. Heyvanat aləminin mühafizə edilməsində Beynəlxalq Təşkilatların
əhəmiyyəti
Beynəlxalq «Qırmızı
kitab»-ın yaradılmasına 1948-ci ildən
başlanmışdır. . Qırmızı kitab vəzifəsindən asılı olaraq
beynəlxalq,
milli və
regional olur.Həmin
kitaba daxil olunan növlər
təbiətin qorunması
üçün ictimai əsaslarla
yayılan Beynəlxalq
Fond hesabına öyrənilir.
Milli Qırmızı kitablar konkret dövlətlərin ərazisindəki fauna və floranı qorumaga xidmət edir. Beynəlxalq «Qırmızı kitab»a daxil edilmis bitki və heyvanlar üzərində Beynəlxalq
ictimai təşkilatların nəzarəti altında monitorinq təskil edilir və onun nəticələrinə uyğun tədbirlər həyata
keçirilir. Milli «Qırmızı kitab»a daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına
alınır və onların populyasiyasının optimal sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.Bioloji müxtəlitlik insansız ən azı iki milyard il yaşayıb inkişaf etmişdir. İnsanın
təsir gücü təkcə qoruyucu
deyil, həm də dağıdıcıdır.
İnsanın qurucu gücü bioloji müxtəlifliyi onun
dağıdıcı gücündən qoruyub saxlamağa çalısır. Bu sahədə inkisaf
etmis ölkələr zəif ölkələrə köməklik edirlər. Məsələn, Xəzər dənizinin və Qafqazın bioloji müxtəlifliyinin qorunmasına Avropa ölkələri iqtisadi yardım edirlər. Dünyanın
bioloji müxtəlifliyinin
qorunması «İnkisaf proqramı»na daxildir və buna isə BMT ümumi rəhbərlik edir.Heyvanat aləminin
qorunmasına aid aparılan müzakirələrdən üç əsas üsul qeyd
olunmusdur:
1)
Heyvanat aləminin yaşadıgı yerlərin
qorunmasıdır. Bunun üçün vəhsi
heyvanların qidalandıgı yerdən
təsərrüfat məqsədilə istifadə etməmək və o yerin
toxunulmazlığını təmin
etmək
lazımdır;
2) Vəhşi heyvanların,
balıqların, qusların sayının artıb-azalmasına daimi nəzarət etməklə ovçuluq və balıqçılıqdan, vəhsi heyvanlar faunasından səmərəli istifadə olunmadır;
3) Vəhşi heyvanların
tam toxunulmazlığını təmin etmək, onların genetik fondlarını saxlamaqla
qoruqlar, yasaqlıqlar və s. ərazilərin
yaradılmasıdır. Bu ərazilərdə relikt, endemik və sayca azalan heyvan növləri artırılmalı və mühafizə edilməlidir. «Qırmızı
kitab»ın təşkili forması da bu layihənin proqramına daxil olmalıdır.
Quruda yaşayan
heyvanları qorumaq üçün vacib olan şərtlər:
1.
Heyvanların qorunması və onlardan səmərəli istifadə haqqında
qanuna əməl edilməsi və onun üzərində dövlət nəzarəti olması;
2. Köçəri quşların və başqa
heyvanların qorunmasına dair beynəlxalq
müqavilələrin həyata keçirilməsi. Biosfer qoruqlarının genişləndirilməsi və onların rejiminə əməl edilməsi;
3. Ovçuluq cəmiyyətinin əsasnaməsinə əməl edilməsi, yəni ov yerlərinə, ovun vaxtına, qaydasına və miqdarına düzgün münasibət olunmalıdır;
4.
Qoruqlar təşkil edildikdə orada heyvanların təbii komplekslərinin orjinallığı və nümunəvi olması, onun kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınması.
29. Kosmik
proseslərin ekoloji nəticələri
Təbii mühitin
öyrənilməsi daim təkmilləşdirilir. Əgər əvvəllər, texniki vasitələrin zəif
inkişaf etdiyi dövrlərdə təbii sərvətlər yalnız ənənəvi olaraq adicə yerüstü
müşahidələr vasitəsilə öyrənilirdisə, kosmik texnika meydana gəldikdən sonra
isə təbii mühitin öyrənilməsində, ekoloji durumun qiymətləndirilməsində daha
mütərəqqi üsullardan istifadə olunmağa başlanmış, bunun nəticəsində tədqiqat
işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş, tədqiq edilməsi adi üsullarla
mümkün olmayan bir sıra təbiət hadisələrin və obyektlərin uzaq məsafədən
öyrənilməsi üçün geniş imkanlar yaranmışdır.Bütün tədbirlərin öhdəsindən
layiqincə gəlmək üçün müasir dövrdə təbiətşünaslıq elminin bütün sahələrində
geniş tətbiq olunmağa başlayan aerokosmik tədqiqat vasitələrindən geniş
istifadə olunur.Hazırda planetimizdə əhalinin sayının sürətlə artması ilə
əlaqədar qida ehtiyatlarının tədqiq olunması probleminin həllində bu vaxta
qədər mövcud olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu məsələnin
həllində aerokosmik tədqiqat üsullarının geniş tətbiqi planetimizdə təbii
mühitin qorunması və insanların ərzaq probleminin həllinə müsbət təsir
göstərəcəkdir.Kosmonavtika sahəsində müvəffəqiyyətlərə baxmayaraq, hələ bu
vaxta qədər kosmosdan yerin öyrənilməsi sahəsində aparılan tədqiqatlar təcrübi
xarakter daşıyır. Kosmik vasitələrlə alınan məlumatların həcmi günü-gündən
artır.
Yerin kosmosdan çoxtəkrarlı fotoşəklinin çəkilməsi
nəticəsində Yer kürəsində baş verən bir sıra proseslərin dinamikasını, həmçinin
kənd təsərrüfatı bitkilərinin müxtəlif fazalar üzrə inkişaf prosesini diqqətlə
izləmək mümkün olur. Aerokosmik tədqiqatların ənənəvi tədqiqatlara nisbətən
üstünlüyü ondadır ki, onların fəaliyyət dairəsi daha böyük olur, təbii mühitə
geniş ərazidə nəzarət etməyə və baş verən məhəlli və qlobal miqyaslı
dəyişiklikləri izləməyə imkan verir. Bu baxımdan kosmik şəkillərin tədqiqat
əhəmiyyəti daha genişdir. Aerofotoşəkillər və yerüstü müşahidələr vasitəsilə
tədqiq olunan obyektin yalnız məhəlli-konkret xüsusiyytlərinə nəzarət etmək
mümkünsə, kosmik şəkillərdə bu xüsusiyyətlərlə yanaşı, tədqiq edilən obyektlər
təbii generalizasiyaya məruz qalır, başqa sözlə desək, bir sıra xırda
obyektlərin yalnız ümumi strukturu və qlobal miqyasda nəzərə çarpan digər
elementləri əks olunur. Yer səthində qlobal miqyasda baş verən bir sıra
geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini, onun əmələ
gəlməsində endogen (daxili) və ekzogen (xarici) prosesləri aerokosmik şəkillər
vasitəsilə daha müvəffəqiyyətlə müəyyən etmək olur. Bir sıra induksion
xüsusiyytlərinə görə səhralarda yeraltı suların səthə yaxın olduğu yerlər
kosmik cihazların vasitəsilə daha asanlıqla müəyyən edilir, bu da öz növbəsində
həmin ərazini su ilə təmin olunması problemlərinin müvəffəqiyyətlə həllində
mütəxəssislərə kömək edir. Bitki örtüyünün öyrənilməsində aerokosmik
informasiya vasitələrinin rolu əvəzedilməzdir.
Kənd təsərrüfatı
bitkilərində su və qida rejiminin dəyişməsilə əlaqədar olaraq baş verən bir
sıra dəyişikliklər aerokosmik şəkillər vasitəsilə asanlıqla qeydə alınır və
onların məhsuldarlığının sabitləşdirilməsi üçün operativ təkliflər irəli
sürülür. Dəniz və okeanlarda qəflətən baş verən bir sıra təbii prosesləri
ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Okean səthində əmələ gələn külək,
qravitasiya dalğaları və sunami hadisələrinin təsirindən suyun səviyyəsi 1
metrdən 20 metrə qalxa bilir. Su səthində əmələ gələn belə dalğalar operativ surətdə
qeydə alınmasa, o xalq təsərrüfatına böyük ziyan verə bilər. Bu baxımdan kosmik
informasiyanın rolu çox diqqətə layiqdir. Son zamanlar bir çox ölkələrdə təbii
mühitin öyrənilməsində yeni, daha mütəriqqi – aerokosmik tədqiqat və ya təbii
mühitin «məsafədən öyrənilməsi» üsulundan geniş istifadə olunur.
30. Energetik sistemlərin ekocoğrafi aspektləri
Mineral
sərvətlər bərpa olunmayan
resurslarıdır. Onların bərpa
olunmaması bəzi
mənada
nisbi xarakter daşıyır, çünki onların bərpası təbiətdə o qədər zəif gedir ki,
onların çıxarılma tempinə
görə və
insan ömrü ilə
müqayisədə bərpa olunmayan
sayılır.Elmi-texniki inqilabın sürətli
inkişafı enerjiyə olan tələbatın sürətlə artması ilə müşayət olunur. Onun
istehsalı hər 10 ildən bir iki dəfəyə qədər artır. Bir çox mütəxəssislərin
proqnozlarına əsasən üçüncü minilliyin əvvəllərində bütün enerji növlərinə
dünyanın tələbatı üç dəfə artacağı gözlənilir.
Energetika – enerji ehtiyatları, müxtəlif enerji
növlərinin hasılatını, dəyişməsini, ötürülməsini və istifadəsini daxil edən
xalq təsərrüfatı sahəsidir.
Energetika insan fəaliyyətinin ən mühüm tərəfidir.
Energiyanın istifadəsi olmadan insanın başqa işləri də praktiki olaraq mümkün
deyildir: təbii ehtiyatların çıxarılması və emalı, sənaye məhsulunun istehsalı,
nəqliyyat, kənd təsərrüfatı, işıq, istilik, səhiyyə və s. Lakin energetika
məsələləri ilə həll edilməlidir ki, biosferdə başqa qlobal problemlərin
vəziyyəti pisləşməsin. Buna baxmayaraq, energetika müəyyən üstünlüklərlə yanaşı, ətraf mühitə mənfı təsir də göstərir. Biosferin
çirklənməsi növlərinin 80%-ə qədərini enerji
prosesləri, o cümlədən yanacağın hazırlanması və istifadəsi təşkil edir. Son 30-40 ildə dünyada hər bir insanın
istifadə etdiyi enerjinin miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım artmışdır.
Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının hiss olunacaq dərəcədə tükənməsidir.
Enerji istehsalının iki tipi var: bioloji enerji istehsalı (antropogen). İkinci tipin bir neçə forması var: istilik energetikası, hidroenergetika, atom energetikası, ənənəvi olmayan enerji mənbələri (günəş, termal, dalğa və qabarma, tullantı üzvi maddələrin enerjisi və s.).
31-32.eynidi Enerji ehtiyatlarının növləri. İstilik-enerji xammalları
Qlobal
enerji strategiyası və problemlər, əhalinin sayının artması,ərzaq və su
çatızmazlığı, sağlamlığın və səhiyyənin vəziyyəti, şəhərlərdə əlverişsiz hava,
iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, nüvə silahının yayılması və s.
kimi ümumdünya məsələləri ilə qarşılıqlı əlaqədədir. Ən sadə qiymətlərə əsasən yanacaq
enerjisinin əsasını
təşkil
edən
potensial ehtiyatının cəmi
– kömür və
başqa bərk
yanacaq növləri,
maye, karbohidrogen, təbii
qaz və
s. Bir-birindən
fərqlənən mineral
yanacaqların müxtəlif
qiymətərinin cəm potensialı
götürüldükdə əsas rol yenə də kömürə verilir. Öz
ehtiyatlarına görə
kömür neftdən
20-30 dəfə, təbii qazdan
30-50 dəfə üstündür.İnsanlar
öz yaşadıqları dövrdə
80-85 milyard ton enerji istifadə
etmişdir. Bu rəqəmin yarısı son
25 ildə
istifadə
olunub.İstilik energetikasının əsasını
istilik elektrik stansiyaları (İES) təşkil edir. Bu stansiyada enerjinin 70%-ə yaxını
istehsal olunur. Ona görə
də
bu sahənin ətraf mühitə təsiri ön plana
çıxır. 500-dən
çox qüvvətli
İES-lər
və
istilik elektrik mərkəzləri gecə-gündüz işləyərək milyon tonlarla üzvi yanacaq
yandırılır. Onların hesabına təqribən sənaye müəssisələrindən atmosferə atılan zərərli
tullantıların 1/4-i düşür. Atılan zərərli
tullantılarının yarıya qədəri kükürd dioksididir.
1/3-i azot oksidinin, 1/4%-i isə uçan külün payına düşür. Yanacaq və oksidləşdirici rolunu
oynayan qızdırılmış hava fasiləsiz
olaraq yandırıcı qazana daxil olur. Yanacaq kimi adətən kömür və şist istifadə olunur. Həmçinin,
neftayırma zamanı neftdən
– benzin, ağ neft və
başqa yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsulu kimi – qaz və mazutdan
istifadə
olunur.Bərk
yanacaq yandırılan zaman atmosferə
yanmağa macal tapmamış hissəciklər olan uçan kül
hissəcikləri, kükürd
anhidridi, bəzi
ftor birləşmələri, həmçinin tam
yanmamış yanacağın bəzi
qazvari məhsulları
daxil olurlar.İES-lərin
tullantı sularında vanadium, nikel, ftor, fenol və neft məhsulları olur. Onlar su hövzələrinə atıldıqda
suyun keyfiyyətinə və su orqanizmlərinə zərərli təsir göstərə bilər. Suyun
istiliyi də
su hövzəsinə mənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər əmələ gətirir. İES-lərdə enerji
qızmış buxarın köməyilə hərəkətə gətirilən trubinin köməyilə alınır. Trubin
işləyərkən işlənmiş buxar su
vasitəsilə soyudulur. Ona
görə
də
İES-lərdən fasiləsiz 8-12°S qədər qızmış su
hövzəyə daxil olur.
Mazut
- İES-lərdə yanacağın
38%-ni təşkil
edir. Yanacağın quru növü (mazut) yandırılarkən tüstü qazları ilə atmosferə: kükürd və kükürdlü
anhidrid, azot oksidi, tam yanmamış qazvari məhsullar, vanadium birləşmələri, natrium duzları,
həmçinin
kotelləri
tənzimləyərkən onların üzərində toplaşan
çöküntülər
olur. Atmosferi çirklənmədən qorumaq üçün
kompleks kültutan qurğu quraşdırılır.
Kül və şlaklar. Bərk yanacaqla işləyən İES-lər il müddətində 100 min tona qədər kül və şlak atırlar. Kül
və şlaklar xeyli torpaq ərazisi tutur və ətraf mühitə zərərli təsir göstərir. Eyni zamanda onların tərkibində çoxlu qiymətli maddələr vardır.
Atom
enerjisi. XX əsrdə atom enerjisi
insan həyatına
geniş daxil olmuşdur. Atom elektrik stansiyaları energetikanın zirvəsini təşkil edir.
Lakin AES-lərdən ətraf mühitə yayılan
istiliyin azaldılması mühüm məsələlərdəndir.Atom
enerjisi atmosferi çirkləndirmir. Digər tərəfdən onlar eyni gücə malik başqa stansiyalara nisbətən daha çox ərazi tələb etmir. Lakin AES-də radioaktiv tullantıların
saxlanılması və qəzaların qarşısının
alınması problemi mühüm əhəmiyyət kəsb edir.
Hidrogen enerjisi. Hidrogen enerjisindən istifadə ətraf mühitin qorunmasında böyük əhəmiyyət kəsb edir. Hidrogenin yaranmasından
alınan istilik – neft və neft məhsullarından üç dəfə, daş kömürdən isə dörd dəfə çox olur. Dünyada hidrogen istehsalı
200 mlrd. m3/ildən çoxdur. Onun yarıdan çoxu amiak
istehsalında, 30%-ə yaxın isə neftayırma zavodlarında istifadə edilir. Hidrogenin alınması üçün əsas tükənməz mənbə sudur.
Hidroenergetika.
Su elektrik
stansiyalarında çayın gücündən istifadə edilir. SES-lər o vaxt
ekoloji cəhətdən təmiz olur ki,
onların tikilməsində təbiəti mühafizə tədbirləri yüksək
səviyyədə görülmüş olsun. Geniş torpaq sahələrinin su altında qalması, su
sızma, canlı aləmin məhv edilməsi və başqa mənfi halların qarşısı alınmış
olsun. Suyun yüksəkdən axmasını təmin etmək üçün ən çətin olan bənd tikilməlidir. Bunların
əksəriyyəti kənd təsərrüfatına yararlı olan torpaq sahələridir. Bir çox
yerdə bəndlər balıqların
yolunu kəsir
(kürütökmə),
bir çox yerlərdə onlara tərkibində çoxlu biogen
element olan çirkab sular atılır. SES-lərin yaradılması bəzi rayonlarda zəlzələ yarada bilər. Torpaq
itkisini yeni rayonlardan istifadə
etməklə, balıq
itkisini isə
balıq zavodları tikməklə əvəz etmək olar. Bir çox
HES-də
balıq yetişdirilən
«pitomniklər»
tikilir.
Qeyri-enerji
mənbələri. Ənənəvi olmayan hər
bir neçə
mənbədən elektrik
enerjisindən
istifadə
edilməsini
gələcəkdə genişləndirmək nəzərdə tutulur. Günəş enerjisi
(keçmiş SSRİ-də
215 min m2 günəş
kollektoru yaradılıb)də əhəmiyyətlidir.
Qabarma elektrostansiyaları
– Qabarma stansiyaları Fransada, Rusiyada, ABŞ, İngiltərədə tikilib.
Termal suların enerjisindən Kamçatka, Çukotda, Saxalin, Qazaxıstan, Krım, Qafqaz,
Zakarpatiya və
s. yerlərdə istifadə
edilir.
33. Sənayenin
ekocoğrafi aspektləri
Müasir
ekoloji çirklənmədən danışarkən sənaye sahələrini təhlil etmək lazımdır. Əsrlər
keçdikcə insanlar sənayeni təkmilləşdirmiş və indiki mərhələyə çatmışdır.
Müasir insan sənayesiz yaşaya bilməz və sənaye fəaliyyəti ümumbəşəri xarakter
daşıyır. Elm və texnikanın müasir inkişafı Yer kürəsində təbii sərvətlərin
istifadəsini və emalını gücləndirdi. Təbii sərvətlərdən istifadə insanların
həyat tərzinin yaxşılaşdırması üçün bir vasitədir. Lakin sənayenin inkişafı
sənaye tullantılarını artırmış, ətraf mühiti daha çox zəhərləmiş və
çirkləndirmişdir. Sənayenin inkişafında yol verilən səhvlər nəticəsində bir çox
xəstəliklər yaranmışdır və bəzi yerlərdə ətraf mühit «ölü» vəziyyətinə
düşmüşdür.Xüsusilə iri sənaye şəhərlərində və onların yaxınlığındakı
ərazilərdə sənaye müəssisələrinə köhnə texnoloji avadanlıqların tətbiqi ətraf
mühiti ekoloji böhran vəziyyətinə salmışdır. Ona görə də köhnə texnologiya ilə
işləyən iri sənaye müəssisələrinin işinin dayandırılması və ya
təkmilləşdirilməsi təklif olunmuşdur. Belə vəziyyət Azərbaycanın bir neçə iri
şəhərlərinə aiddir. Təbii komplekslərin transformasiyasında sənaye böyük rol
oynayır, sənaye müəssisələrində təbii komplekslər antropogen kompleksə
çevrilir. Alimlər hesablamışlar ki, yerdən çıxarılan faydalı qazıntıların,
mineral maddələrin 95%-ə qədəri tez-tez mühiti çirkləndirən tullantılara
çevirir. Hər il sənaye müəssisələrindən atmosferə tonlarla kül, texniki toz,
karbon oksidi, kükürd qazı və digər zəhərli qazlar qarışır. Şəhərlər üzərində
əmələ gələn tüstü və duman kimi zəhərli qazlar minlərlə adamın sağlamlığını
pozur.Su hövzələrinə axıdılan çirklənmiş və zəhərlənmiş sular bütün canlılara
birbaşa və dolayı yolla ciddi təsir edir. Bizim ölkəmizdə və dünyada neft və
neft məhsulları çay, dəniz və okean sularının üst qatında nazik örtük əmələ
gətirərək oksigenin suya daxil olmasının qarşısını alır.Bir sıra sənaye
tullantıları ozon qatının zəhərlənməsinə və «Ozon dəliyinin» yaranmasına səbəb
olmuşdur.
Müasir
sənaye və kənd təsərrüfat sahələrində tətbiq olunan yüzlərlə xammal, gübrə,
pestidsid və s. təbiətin canlı aləminin normal inkişafını və həyat fəaliyyətini
pozur. İndi bütün dünyanın iri şəhərləri bərk cisimlərin tullantıları ilə əhatə
olunmuşdur. Sənayenin inkişafındakı səhvlər ondan
ibarətdir ki, təbii kompleksin əlaqələrini nəzərə almadan, məhsuldarlığın
artmasına enerjidən istifadəni çoxaltmaq hesabına nail olurlar. Sənaye
şəhərlərinin gələcəkdə təkmilləşdirilməsi, ən əsas tullantısız istehsal
proseslərinin geniş tətbiqi planlaşdırılır.
34. Nəqliyyatın
ekocoğrafi aspektləri
Təsərrüfat
çoxsahəli olmaqla coğrafi şəraitlə mürəkkəb əlaqələrə malikdir. Bu baxımdan
nəqliyyatın təbiətə təsiri həm zərərli, həm də faydalıdır. Nəqliyyatla bağlı
olan eyni bir hadisə zərərli və faydalı ola bilər. Məs: bioloji növlərin və ya
onların sort və cinslərinin uzaq yerlərə, hətta bir qitədən başqa qitəyə
yayılması iqtisadi baxımdan müxtəlif nəticə verə bilər.Canlıları müasir
nəqliyyatın köməyi ilə qısa vaxtda dünyanın hər yerinə yayıb insan həyatına
səmərəli etmək məqsədə müvafiq olar.
Nəqliyyatın
inkişafı insanın zərərli və faydalı əmək fəaliyyətini intensivləşdirir. Təəssüf
ki, nəqliyyatın faydasına aludə olmuş insan onun zərərlərini vaxtında görüb aradan
qaldıra bilməmişdir. Hələ indi də nəqliyyat vasitəsi ilə ətraf mühit (hava,
torpaq, su) çirkləndirilir, bərəkətli torpaqlar yollar altında qalır,
xəstəliklər və zərərli orqanizmlər geniş yayılır.1000 km yol gedən avtomobil
bir adamın illik oksigen payını istifadə edir. Müasir təyyarələrin bir saatlıq
uçuşunda yandırdığı oksigen 180 min adamın həmin qədər vaxtda istifadə etdiyi
oksigenə bərabərdir. Nəqliyyat havada olan oksigeni yandırmaqdan başqa, həm də
havaya küllü miqdarda karbon qazı atır (təxminən ildə 20 milyon ton). Bu
səbəbdən Yer kürəsinin havasında olan karbon qazı təbii miqdarına nisbətən 15%
çoxalmışdır.Avtomobil nəqliyyatı havaya azot oksidi (NO2),
karbohidrat və zərərli qurğuşun da atır. Son bir neçə əsrdə, xüsusən XIX-XX
yüzilliklərdə flora və faunanın yayılmasına antropogen faktorlar, o cümlədən
nəqliyyat və rabitə vasitələri ciddi təsir etmişdir. İndi yeni elm sahəsi –
antropogen biocoğrafiya inkişaf etmişdir.
35. Kənd
təsərrüfatının və torpaqdan istifadənin ekocoğrafi anlayışları
Kənd təsərrüfatı ilk dövrlərdən bir çox ekloji prinsiplərin təbii
istifadəsinə əsaslanır. Onun elmi əsaslarının yaranması və inkişafı ilə
əlaqədar bu prinsiplər şüurlu şəkildə istifadə olunurdu. Lakin hazırki dövrə
qədər əksərən ekoloji biliklərin autekologiya-növlərin ekologiyası istiqaməti
istifadə olunur. Populyasiya və ekosistem yanaşma az istifadə olunurdu. Kənd
təsərrüfatı istehsalında əsas məqsəd güdülürdü - məhsul alınması və maksimum
bioloji məhsuldarlıq əldə etmək. Müasir qüvvətli texnikanın istifadəsi və geniş
kimyalaşdırma dövründə yüksək məhsul əldə edilməsi ətraf mühitin və ekoloji
tarazlığın saxlanılmasında göstərilənlər qismən ciddi problemlər yaratmışdır.
Bu son nəticədə təsərrüfat əkinçiliyinə pis təsir göstərmişdir. Şumlanan
torpaqlarda da kütləvi kimyəvi pereparatların istifadəsi nəticəsində elə
neqativ hallar və tozlanmalar baş vermişdir ki, bu bir çox təbii biosenozların
məhvinə və mədəni bitkilərin məhsuldarlığının azalmasına səbəb olmuşdur. Müasir
ekologiya elmi yeni kənd təsərruüfatı məhsulları almaq metodlarını və həm
bitkiçilikdə, həm də maldarlıqda potensial məhsuldarlığı göstərir.
Kənd təsərrüfatının ekologiyalaşdırılmasının əsas yolu – biosenoloji
və ekosistem prinsipləridir. Növbəli əkinin və aqrolandşaft komplekslərinin
yaradılması elə olmalıdır ki, onlar biosenoloji sistemlərin bütövlüyünü qoruya
bilsin. Növ müxtəlifliyinin artırılması şəraiti zərərvericilərin təhlükəsini
aradan qaldırmağa kömək edə bilər. Bu nəinki məhsulun qorunmasını, həm də
kimyəvi pereparatların geniş tətbiqini azaldır. Həmdə ki, ətraf mühitin
çirklənməsinin qarşısını alır. Kənd təsərrüfatı istehsalının intensivləşməsi
ekoloji yanaşmaları tətbiq etməklə mümkündür. Kənd təsərrüfatı məhsuldarlığının
artırılması ilə yanaşı, bütün biosfer proseslərinin, ən əsası isə maddələr
dövranının optimallaşdırılması qarşıya məqsəd qoyulmalıdır.Eyni zamanda
maldarlığın ətraf mühit üçün əhəmiyyəti əvəzsizdir. Məs.: maddələrin biokimyəvi
dövriyyəsində iştirakı, canlı təbiətin təkamülündə, bitkilərin çarpaz
tozlanmasında, torpağın əmələ gəlməsində, torpağın gübrələnməsində rolu, alaq
bitkilərini azaltması və s.Maldarlığın ətraf mühitə və çöl heyvanlarına təsiri
ötəri bir hadisə deyil. Məs: ev heyvanlarının yemi təbiətdən götürülür.
Onların böyük sürüləri olan çöl heyvanları otlaqlardan təqribən çəkilib getməli
olur. Eyni zamanda ev heyvanları çöl heyvanlarına qorxulu xəstəliklər
yoluxdurub onların kütləvi qırılmasına səbəb olur. Bunun əksinə olaraq çöl
heyvanları xəstələnib bir az zəifləyən kimi yırtıcı heyvanlar onları tələf edirlər.
36. Təbii
ehtiyatlardan istifadənin ekoloji, iqtisadi və texnoloji aspektləri
Təbii
ehtiyatlar – insanların öz yaşayışlarını təmin etmək üçün istehsal vasitəsidir.
Təbii ehtiyatlar təbii şəraitdən kənarda mövcud ola bilməzlər. Bundan asılı olaraq təbii ehtiyatları iki böyük
qrupa bölmək olar: tükənən və
tükənməyən. Tükənən ehtiyatlar öz növbəsində bərpa olunan və bərpa olunmayanlara ayrılır. Hava, su, torpaq,
bitki örtüyü tükənən, lakin bərpaolunandır. Yerin təkindən çıxan bütün təbii
ehtiyatlar tükənən, lakin bərpa olunmayanlardır. Tükənməyən təbii ehtiyatlara
günəş enerjisi, külək, geotermal, qabarma və s. enerjilərdir. Təbii
ehtiyatların bərpa olunması və bərpa olunmaması çox hallarda onlara insanların
münasibətindən asılıdır. Yerin təkində toplanmış bütün faydalı qazıntıların
cəmi mineral sərvətlər anlayışını təşkil edir. Mineral sərvətlər sənayenin
vacib sahələrinin (energetika, qara və əlvan metallurgiya, kimya sənayesi,
tikinti və s.) inkişafı üçün əsasdır.
Mineral xammal təbii ehtiyatlar kimi ölkənin milli sərvəti sayılır. Faydalı qazıntı yataqlarının aşkar edilməsi və kəşfiyyatı, onların səmərəli və kompleks istifadəsi Xalq təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradır. Elmi-texniki inqilab dövründə təbii ehtiyatlar ölkənin iqtisadi gücünü göstərən amillərdən biri hesab olunur. Dünya iqtisadiyyatının inkişafı bütün dünyada təbii ehtiyatların çıxarılmasının kəskin çoxalmasını və ümumi milli məhsulda onun rolunun artmasını göstərir. Heç vaxt mineral xammal, xüsusilə neft, təbii qaz, alüminium filizi, müəyyən əlavələr, nüvə xammalı iqtisadiyyatın inkişafına hazırkı dövrdəki kimi əhəmiyyətli olmamışdır. Demək kifayətdir ki, bütün dünyanın yerin təkindən çıxarılan sənaye məhsullarının 70%-dən çoxu faydalı qazıntılardan istehsal olunur.Müasir sənayenin bünövrəsi təbii xammallardır. Onun kəşfiyyatı, çıxarılması və emalı hazırda insan fəaliyyətinin miqyasca ən nəhəng fəaliyyət dairəsinə çevrilmişdir. Neft, təbii qaz, kömür-yanacaq enerji balansının əsas tərkib hissələridir. Metal filizləri-sənayenin çoxsaylı məhsulları üçün xammaldır. Dağ – kimya filizləri kənd təsərrüfat bitkilərinin məhsuldarlığını artırmaq üçün istifadə olunur. Qeyri-filiz qazıntıları tikintinin tələbatını ödəyir. Cəmiyyətin inkişafı və onun çiçəklənməsi təbiətin istifadə olunan sərvətlərinin müxtəliflifliyindən, xüsusilə yerin təkindəki ehtiyatlardan asılıdır. Bir çox
mədənlərin hasilatı tükənmişdir. Dövrümüzün ən mühüm sosial və iqtisadi
problemlərindən biri ətraf mühitin mühafizəsindən ibarətdir. Təbiəti mühafizə
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi insanların qarşısında duran
ən vacib problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii
ehtiyatlardan düzgün istifadə olunması üzrə kompleks tədbirlərin işlənib
hazırlanmasını tələb edir. Belə tədbirlər elmi cəhətdən düzgün
əsaslandırılmalı, beynəlxalq səviyyədə və dövlət səviyyəsində həyata
keçirilməlidir.Elmi-texniki inqilabın, kənd təsərrüfatının digər sahələrinin
sürətlə inkişafı ilə yanaşı təbii ehtiyatlardan istifadə gərginliyi də artır.
Belə problemlərdən ən başlıcası ehtiyatları qorumaq və onlardan səmərəli
istifadə etmək üçün elmi əsaslar üzrə həyata keçirməkdən ibarətdir. Artıq
cəmiyyətlə təbiət arasında olan münasibətdə kəmiyyət və keyfiyyət
dəyişiklikləri nəzərə çarpır.Belə bir şəraitdə müasir elm özündə cəmiyyətin
təbiətə etdiyi texnogen təsirin nəticələrini əvvəlcədən tamamilə
proqnozlaşdırmaq imkanına malik deyildir. Ətraf mühitin mühafizəsi artıq bir
elm sahəsi kimi formalaşmışdır, lakin bu elmin ayrı-ayrı ideyaları daha uzaq
keçmişimizdə irəli sürmüşdür.
37. Tükənən və
tükənməyən ehtiyatların ekoloji xüsusiyyətləri və iqtisadi səmərəsi
Elə təbii sərvətlər də
vardır ki, onların istifadəsi mövcud texnologiya ilə istifadə edilə bilməz.
Məs. Kosmik şüalar, meteorit mənşəli maddələr, yer maqnetizmi, atmosferin
elektrik cərəyanı və s. istifadə etmək üçün tamamilə yeni növ texniki avadanlıq
və texnoloji proseslər yaradılmalıdır.
Təbii sərvətlər üçün bir
neçə təsnifat mövcuddur.
1) Təbii
təsnifat. Bu təsnifata aid sərvətlər təbii qruplar üzrə paylanır, məs. suyun,
havanın, torpağın, heyvanlar aləminin, bitkilərin, faydalı çöküntülərin və s.
sərvətləri;
2) Təbii
iqtisadi təsnifat. Bu təsnifat əsasən təbii ehtiyatlar, onlardan istifadə
olunma prinsipi üzrə paylanırlar. Məs. Real gəlir əldə etmək üçün istifadə
olunan (sənaye, kənd təsərrüfatı) ehtiyatlar və s.;
3) Təbii
ehtiyatların tükənib tükənməməsi təsnifatı.
Tükənməz sərvətlər anlayışı
nisbidir (çünki təbiətdə tükənməz sayılan mənbə yalnız materiyadır ki, o da bir
şəkildən başqa şəklə çevrilir). Məhz ona görə də bu qrupa aid ehtiyatlar mütləq
və şərti tükənməz sərvətlərə bölünürlər. Mütləq tükənməz ehtiyatlardan günəş
enerjisini, kosmik şüaları, külək enerjisini, Yerin cazibə qüvvəsini, Yerin
təkindəki istiliyi və s. göstərmək olar. Şərti tükənməz təbii sərvətlərə isə
təbii sular, torpaq, hava və s. daxildir.Tükənən təbii ehtiyatlar da öz
növbəsində iki qrupa-bərpa olunmayan və bərpa olunan ehtiyatlara bölünürlər.
Neft, daş kömür, torf, təbii landşaft bərpa olunmayan bitki və heyvanat aləmi
və s. (əgər tam məhv edilmirsə) bərpa olunan ehtiyatlardandır.Təbii
ehtiyatların iqtisadi qiymətləndirilməsinin metodoloji əsasını müəyyən vaxt
ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər, o cümlədən də aşağı
rentabelli obyektlərin məhsulları təşkil edir. İqtisadi qiymətləndirmənin göstəricisi
kimi mədənlərin və təkrar xammal ehtiyatlarının regional xüsusiyyətləri, emal
edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla onun kompleks istifadə
edilməsindən alınan təssərrüfatın səmərəsi götürülür. Təbii sərvətlərin,
xüsusilə faydalı qazıntıların iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi
təkcə çıxarılan xammalların dəyəri deyil, həm də onların istifadəsindən alınan
iqtisadi səmərədir. Bu halda qiymət ölçü funksiyasını yerinə yetirərək həmin
növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Bütün təbii ehtiyatlar –
torpaq, su, meşə, bitki örtüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən
istehlak dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiymətləndirilə
bilər. Faydalı qazıntı sərvətlərinin qiymətləndirilməsi problemi həmin
istiqamətdə müəyyən metodoloji tələblər irəli sürür.
38. Təbii
ehtiyatın səmərəli istifadə edilməsində elmi-texniki nailiyyətlərin rolu
Mineral
xammalın əsas mühafizə yolu – xammalın çıxarılmasının tempinin aşağı salınmasını
nəzərdə tutan səmərəli istifadə, yeni ehtiyatların axtarılması, çıxarma vaxtı
məhsulun itirilməsinin, israfçılığın qarşısının alınması, təkrar istehsala
keçilməsidir. Bir çox hallarda itgi istehsal mədəniyyətinin aşağı səviyyəsi
ilə, elmi-texniki və təşkilatı səbəblərlə əlaqədar olur. Bunların qarşısı alına
bilər. Təbii ehtiyatların çıxarılmasının müasir texnikası və texnologiyası bir
çox itgilərin qarşısını almağa tam imkan verir. Bəzi hallarda metal ehtiyatının
itgisi, ancaq ən məhsuldar filizin çıxarılması ilə əlaqələndirilir. Ölkəmizdə
təkrar istehsalın düzgün təşkil olunmasına misallar vardır. Kəşviyyat
üsullarının təkmilləşdirilməsi nəticəsində faydalı qazıntıların yeni
yataqlarının tapılmasına imkan yaranır. Texnikanın inkişafı litosferin və Dünya
okeanının dərin qatlarından filizlərin çıxarılmasına imkan verir. Nəhayət,
kosmonavtikanın inkişafı kosmosda metal tullantılarının yayılmasına səbəb
olmuşdur.
Yanacaq
– enerji resurslarının qənaətinə ikinci enerji resrslarının istifadəsi kömək
edə bilər. Yeni enerji mənbələrinin geniş axtarılması – kömürün, qazın, neftin
və s. məhsulların qənaətinə səbəb ola bilər. Arid zonalarda günəş enerjisindən,
başqa yerlərdə – küləyin, dəniz qabarmalarının, isti bulaqların və nüvə
enerjisindən istifadə olunması perspektivlidir. Mineral ehtiyatların
mühafizəsində geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və yeni
ehtiyatların aşkarlanması böyük əhəmiyyət daşıyır. Dünya okeanının mineral
ehtiyatlarının istifadə olunması da perspektivlidir. İqtisadiyyatın mineral
xammala olan tələbatını, gələcək nəsillərin tələbatını nəzərə almaqla ödəmək
üçün faydalı qazıntıları tam çıxarmaqla və sonrakı məhsulların alınması yolu
ilə mümkündür. Yerin təkinin mühafizəsi və səmərəli istifadəsi nəinki dövlət
orqanlarının və idarələrinin, həm də ictimai təşkilatların üzərinə düşən çox
mühüm vəzifədir.
Son
vaxtlar təbii ehtiyatlardan səmərəli istifadə edilməsində elmi-texniki
nailiyyətlərin rolu günü-gündən artır və günün ən aktual problemlərindən birinə
çevrilmişdir. Hazırda təbii sərvətlərin çıxarılmasında inkişaf etmiş ölkələrdə,
həm də bizim respublikada elmi-texniki nailiyyətlərdən istifadə olunur. Bunun
sayəsində yerin təkindən təbii sərvətlərin çıxarılmasının keyfiyyəti, çıxarılma
tempi, ehtiyatların bütün hamısının çıxarılıb insanların istifadəyə verilməsi
xeyli sürətlənmişdir. Bunun sayəsində xalq təsərrüfatı milyonlarla manat gəlir
əldə etmişdir.
39. Azərbaycanın
mineral sərvətlərinin mühafizəsi
Azərbaycanın
ərazisi müxtəlif növ faydalı mineral-xammal ehtiyatları ilə zəngindir. Aparılan
geoloji kəşfiyyat işləri nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq
aşkarlanmış və istifadəyə verilmişdir. Aparılan geniş geoloji axtarış işləri
nəticəsində respublikamızın ərazisində və Xəzər dənizi akvatoriyasında yeni
neft-qaz yataqları, qurğuşun, sink, kvars-molibden, kükürd-kolçedanı,
polimetal, civə, daş, duz, dəmir, alumut, mineral tikinti materialları və
müalicə suları yataqları kəşf olunub istifadəyə verilmişdir. Mineral
ehtiyatlardan kompleks istifadə edilməsi faydalı qazıntı itgisini xeyli
azaldır, xammal bazasını genişləndirir və böyük iqtisadi səmərə verir. Son
illərdə ölkəmizdə bu sahədə müəyyən müvəffəqiyyətlər qazanılmışdır. Naxçıvan
duz mədənlərində on illərdən bəridir ki, ikinci duz layı istismar olunmur,
xırda duzdan istifadə edilməsi nəzərdə tutulmur. Nəticədə çoxlu Daş duz
itgisinə yol verilir ki, bu da çıxarılan duz kütləsinin 55%-ni təşkil edir.
İstismar edilən başqa yataqlarda da itgilər çoxdur. Təkcə Qaradağ karxanaları,
Qaradağ sement zavodunda istehsalın bütün həcmini təmin etmək üçün lazım
olmayan qədər xammal itgisinə yol verirlər. İstisu, Sirab, Badamlı və başqa
yataqlarda mineral su itgisi də olduqca çoxdur.Hazırda filizçıxarma sənayesi
aktiv surətdə inkişaf edir. Bununla yanaşı getdikcə daha çox faydalı qazıntı
yataqları istifadəyə verilir, dağ-mədən müəssisələrinin gücü artırırılır və
qazmalar dərinləşir. Belə şəraitdə təkcə dağ-mədən işlərinin görüldüyü yer
deyil, yaxınlıqdakı geniş sahələrdə də torpaq fondunu qorumaq və min illər boyu
təşəkkül tapmış təbii kompleksin pozulmasının qarşısını almaq mühüm
vəzifələrdən biridir. Dağ-mədən işləri aparılan zaman pozulmuş torpaqların
bərpa edilməsi, torpaq sahələrinin təhlükəsiz vəziyyətə və xalq təsərrüfatına
istifadə üçün yararlı hala salınması xüsusi əhəmiyyətə malikdir.
Mineral-xammal
ehtiyatlarının istismarı zamanı da ətraf çirklənir, yer səthinin torpaq
örtüyünün quruluşu pozulur, sürüşmələr və uçqunlar baş verir, karxanalar
yaranır, xırda təpələr əmələ gətirən çoxlu tullantılar yaranır. Mineral
ehtiyatın hasilatı və emalı atmosferə çoxlu zərər verir.Bakı, Sumqayıt, Gəncə
kimi sənaye şəhərlərindən atmsoferə çirkləndiricilər atılmaqda davam edir.
Beləliklə, məlum olur ki, respublika ərazisində dağ-mədən sənayesinin
fəaliyyətilə bağlı ətraf mühitə böyük zərər dəyir. Həmin tədbirlərin həcmi və
təsiri ətraf mühitə sərf olunan kapital qoyuluşunun məbləğindən və onu səmərəli
sərf etməkdən xeyli dərəcədə asılıdır. Sənaye müəssisələrində təmizləyici
qurğuların yaradılması, suya və atmosferə atılan tullantıların təkrar istifadəsi
respublikamız üçün ən mühüm problemlərdəndir. Lakin müasir dövrdə bundan da
qorxulu vəziyyət təbii ehtiyatların çıxarılması, emalı ilə əlaqədar olaraq
təbii şəraitin sıradan çıxması, yerin təkinin pozulması, biosferin
məhsuldarlığının zəifləndiril-məsidir.
40. Ətraf mühiti mühafizənin problemləri
ə.mühiti mühafizənin problemləri. Təbiəti mühafizənin problemləri, çoxsahəli olmaqla
ümumplanetar, ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin
problemlər tarix boyu insanları narahat etmişdir və indi də bütün dünyada insan
cəmiyyətinin həyat tərzi və inkişafı həmin problemlərin həllindən çox asılıdır.
Birinci qrup problemlər təbii
fəlakətin öyrənilməsinə, həmin fəlakətlərin qarşısının alınmasına, yaxud da
onun zərərinin azaldılmasına doğru yönəldilir. Bu işin həyata keçirilməsi
təbii şəraitin pozulmasının qarşısını almaqla təbii təkrar istehsalın
oprtmallaşdırılmasına da şərait yaradır.
İkinci qrup problemlər təbii
ehtiyatlardan istifadə edilməsi ilə əlaqədardır.
Üçüncü
qrup problemlər ikinci qrup problemlərlə daha çox əlaqəli olub ətraf
mühitin antropogen təsirlər nəticəsində çirklənməsi, təhlükənin aradan
qaldırılması ilə bağlıdır. Həmin problemlərin həlli ilə eyni zamanda həm
regionların, həm də bütün planetin bütövlüyü, təmizliyi mühafizə oluna bilər.
Ümumi və yaxudda təbii problemlərə təbiətin bir çox kortəbii hadisələri ilə
bağlı olan problemləri misal göstərmək olar. Çətinlik və qarşısı alınmamazlıq
onunla bağlıdır ki, təbiət hadisələrinin bir çoxu gözlənilmədən olur. Onlar təbiətdə
qəflətən baş verən fövqalədə dinamik proseslərdə bağlıdır. Təbii fəlakətlər baş
verərkən çoxlu insan itgisinə səbəb olur və iqtisadiyyata böyük zərər vurulur.
Fəlakətlə nəticələnmiş təbiət hadisələri rayonun coğrafi şəraitindən, tarixi,
sosial və iqtisadi inkişafından da çox asılıdır. Dəhşətlisi budur ki, təbii
fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla yanaşı çox regionlarda
insanları qorxu altında saxlayır (vulkanlar, zəlzələlər, sellər, səhralaşma və
s.)
Təbiətin
müasir vəziyyəti üç qrup qarşılıqlı əlaqəli problemlərlə səciyyələnir ki, bu
da təbiəti mühafizənin əsas vəzifələrini təyin edir: təbii ehtiyatların tükənməsi, ətraf mühitin çirklənməsi,
təsərrüfatla əlaqədar təbii landşaftların dəyişməsi və antropogen landşaftların
yaranması.
41. Ətraf mühitin mühafizəsini təmin edən antropogen
tədbirlər
Ətraf mühiti
mühafizəni təmin edən antropogen tədbirlər müxtəlifdir. Bunların içərisində
ətraf mühiti köklü dəyişdirən amillərdən biri böyük ərazilərdə hidrotexniki
qurğuların tikilməsidir. Bu qurğular tikilərkən mütləq təbiəti mühafizə
tədbirləri nəzərdə tutulmalıdır. Bu qurğular tikildikdən sonra ətraf mühitə
antropogen təsirlər daha da artır. Bu qurğular tikildikdən sonra münbit
torpaqlar, meşələr su altında qalır, balıqların həyat tərzi dəyişir, axın
tənzimləndiyi üçün tuqay meşçələri su almır və nəticədə quruyub məhv olur.
Kanallardan sızma baş verir, torpaqların şorlaşması və şorakətləşməsi, bəzi
yerlərdə isə bataqlaşma baş verir. Bütün
hidrotexniki qurğular – sututorlar, kanallar, qurutma və suvarma
sistemləri, təmizləyici qurğular təbii ərazi komplekslərinə qüvvətli təsir
göstərməklə, onların tam və müəyyən dərəcədə yenidən qurulmasına səbəb olurlar.
Ona görə də hidrotexniki sistemlər təbiətin dəyişdirilməsində böyük rol
oynayırlar. Təbiəti mühafizə nöqteyi-nəzərindən bu dəyişdirmələr həm müsbət,
həm də mənfi xarakter daşıyır. Məsələn, meşə zonasında yaradılmış su anbarı
bataqlaşma, çöl zonasında yaradılmış su anbarı isə torpaqların şorlaşması ilə
müşayiət olunur. Təmizləyici qurğular suyu təmizləməklə, su hövzələrinin
təmizliyini təmin edirlər. Az sulu bölgələrdə hətta ən müasir təmizləyici
qurğular belə su mənbələrinin keyfiyyətcə tükənməsinin qarşısını ala bilməz.
Nizamlayıcı sutarlar, kanal və suvarma sistemləri daxil olan suvarma şəbəkələri
elə qurğulardır ki, onlar uzun illər istismar nəticəsində hidrogeoloji şəraitə,
suvarılan ərazilərə və onun ətrafındakı ərazilərdə torpaqların xassələrinə,
su hövzələrinin hidrogeoloji rejimlərində müəyyən dəyişikliklərin baş verməsi
nəzərə alınmış olsun. Ekoloji cəhətdən əsaslı pozuntuları (tarzlığın pozulması)
aradan qaldırmaq üçün bu məsələlər kompleks şəraitdə həll olunmalıdır və
bunlar texnoloji və təbiəti mühafizə xarakterli vahid tikinti kompleksində
əlaqələndirilmiş olmalıdır.
Meliorativ
tədbirlər. Meliorativ tədbirlər sistemləşdirilərkən və həyata keçirilərkən,
onların ətraf mühitə ola biləcək təsiri nəzərə alınmalı və elmi tədqiqatlara
əsaslanan tədbirlər hazırlanmalıdır. Kənd təsərrüfatının meliorasiyası insanın
təsərrüfat fəaliyyətinin formalarından biridir. Bu yerüstü və yeraltı axımların
depresiya zonasında düz-rütubət aparılmasına, bitki köklərinin inkişaf etdiyi
zonada, su-hava rejiminin tənzimlənməsinə aktiv təsir göstərir. Ətraf mühitə
təsir edən amillərdən biri də baş və bölüşdürücü kanallardan filtrasiya
vasitəsilə olan su itgisidir. Müasir dövrdə kollektor-drenay və suvarma şəbəkələrinin
örtülü şəklə keçirilməsi və bu üsullarla tikilməsi, beton kanallardan istifadə
olunması, iri yağış yağdıran maşınlardan, damcı ilə, aerozol, yeraltı və s.
üsullardan istifadə olunması, çoxlu torpaq və su itkisnin qarşısını almaqla həm
də böyük təbiəti mühafizə əhəmiyyəti daşıyan tədbirlərdir.Ekoloji mühitin
qorunmasında qoruyucu meşə zolaqlarının salınması eroziyaya qarşı və s.
məsələlərə kömək edər.
Rekultivasiya
tədbirləri. Pozulmuş, əsasən də insanların antropogen fəaliyyəti nəticəsində
pozulmuş torpaqların bərpası başa düşülür. Azərbaycanda rekultivasiyaya
ehtiyacı olan torpaqlar antropogen landşaftın texnogen sahələrində, faydalı qazıntılardan,
tikinti materiallarından istifadə edilən sahələrin, sənaye obyektlərinin,
şəhərlərin ətrafındadır. Sənaye tullantıları, yeraltı sərvətlərin dağıntıları,
qazıntı materialları vasitəsilə basdırılmış və çirkləndirilmiş torpaqlar
əsasən Abşeron yarımadasında, Siyəzəndə, Kür-Araz ovalığında, neft mədənləri
sahəsində, Kiçik Qafqazın, qismən də Böyük Qafqazın dağ-mədən sənayesi və böyük
şəhərlər ətrafındadır. Rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında
istifadə növləri və istiqamətləri əkin, örüş, biçənək, çox illik bitkilərin
sahəsi ola bilər. Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı,
eləcə də sanitar-gigiyena və rekreasiya məqsədilə istifadə olunması nəzərdə
tutulur.
42. Ətraf mühiti
mühafizədə beynəlxalq əməkdaşlıq
Hazırki
dövrdə ümumbəşəri, qlobal problemləri bir və ya bir qrup ölkələrin qüvvəsi ilə
həll etmək mümkün deyil. Bu gün ictimai-siyasi quruluşları müxtəlif olan
ölkələrdə təbiəti mühafizə tədbirləri müxtəlif mərhələdədir. Onun üçün dünya
səviyyəsində və bir çox ölkələrin birgə əməkdaşlığı vacibdir. Beynəlxalq
təşkilat və proqramlar ətraf təbii mühitin mühafizəsi problemlərilə, o cümlədən
YUNEP (BMT-nin ətraf mühitin mühafizəsi proqramı,), UDMT (Ümumdünya Meteoroloji
təşkilat), YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsi)
və s. istiqamətdə fəaliyyət göstərir. Məlumdur ki, ətraf mühitin çirklənməsi
yerli, regional və qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslərin
qlobal məsələləri nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer
kürəsinin bir yerində ətraf mühitin çirklənməsi tədricən genişləndikcə regional
ekoloji problemlərdən qlobal problemlərə çevrilir. Bir və ya bir neçə qrup
dövlətlər hamı üçün təhlükəli olan ekoloji prosesləri aradan qaldırmaq
məqsədilə öz səylərini birləşdirməli olurlar. 1946-cı ildə – ölkələr arasında
mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa xidmət edən beynəlxalq təşkilat –
YUNESKO (Paris) yaradılır. YUNESKO, FAO və s. tərəfindən toplanmış materiallar
göstərdiki, sənaye cəhətcə inkişaf etmiş ölkələrdə lokal və regional şəraitdə
havanın, suyun, torpağın, bioməhsulların toksik kimyəvi elementlərlə təhlükəli
çirklənməsi baş verir.Stokholm şəhərində, insanı əhatə edən mühitin – biosferin
mühafizəsinə həsr olunmuş BMT-nin yığıncağı keçirilir. Konfrans – BMT-nin üzvü
olan dövlətlərə geniş tövsiyyələr və xüsusi bəyanatla müraciət qəbul edir. Bu
müraciət insanı əhatə edən mühitin və xüsusilə torpaq örtüyü və içməli su
ehtiyatlarının qorunmasına çağırırdı. Ətraf
mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, beynəlxalq ekoloji hüquqa
əsaslanır. Bu prinsiplərin yaranmasında BMT-nin Stokholmda keçirilmiş
konfransın, BMT Baş Assambleyasının qəbul etdiyi təbiətin qorunması üzrə
Ümumdünya xartiyası və ətraf mühitin qorunmasına və inkişafına dair BMT-nin
1992-ci ildə Rio-de Janeyroda təşkil etdiyi Beynəlxalq konfransların rolunu
xüsusilə qeyd etmək lazımdır. BMT Baş Assambleyası tərəfindən 1982-ci
ildə qəbul edilmiş «Təbiətin Beynəlxalq Xartiyası»beynəlxalq birliyin gələcək
dövrdə ekoloji fəaliyyətinin üstün istiqamətlərini müəyyən edir. Xartiyada 25
prinsip bəyan olunur. YUNEP proqramının
istiqamətlərinə daxil olan məsələlərin çoxu onları həyata keçirmək üçün
yaradılmış köməkçi və ümumdünya beynəlxalq orqanlarında müzakirə edilmişdir. Əhatə
etdiyi ekoloji problemlərə görə bütün beynəlxalq təşkilatlar 3 qrupa bölünür.
1) təbiətqoruyucu istiqamətində onlar (YUNEP, ÜMT);
2) xüsusi
təbiətqoruyucu profili (TAO, UŞT, BDT);
3) xüsusi
təbiətqoruyucu profili (köçəri quşların mühafizəsi, balıq ehtiyatlarının qorunması,
ümumdünya əhəmiyyətli çayların mühafizəsi və s.).
BMT-nin kənd
təsərrüfatı və ərzaq təşkilatı (FAO) – 1945-ci ildə yaradılmışdır. Onun
fəaliyyət sahəsi kənd təsərrüfatı və dünyanın ərzaq ehtiyatıdır. FAO
torpaqlardan istifadə və onun qorunması, dünya okeanının bioloji ehtiyatları,
heyvanlar aləmi, meşə örtüyü, su ehtiyatları kimi ekoloji problemlərlə məşğul
olunur. Beynəlxalq Dəniz Təşkilatı (BDT) 1948-ci ildə yaradılmışdır. BDT dəniz
gəmiçiliyi və dənizlərin çirklənməkdən qorunması sahəsində fəaliyyət göstərir,
habelə dənizin neft və digər zərərli maddələrlə çirkləndirilməsinə qarşı
beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.
Hiç yorum yok:
Yorum Gönder